18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
İcra başçısını “Tender kralı” ilə nə birləşdirir?


"İnşaatçı-57” MMC ilə bağlanan müqavilədə Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri nəzərdə tutulur. Qurum bunun müqabilində şirkətə 99 000 AZN ödəyəcək.
"Azərtranss” MMC ilə bağlanan müqavilənin maliyyə dəyəri isə 560 012 AZN təşkil edir. Şirkət Tovuz rayonunda yolların əsaslı təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "İnşaatşı-57” MMC 14 sentyabr 2018-ci ildə yaradılıb. 

Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonunun Abulbəyli kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əmiraslanov Toqif Yusif oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. 

"Azərtranss” MMC-yə gəlincə, şirkət 17 fevral 2010-cu ildə dövlət qeydiyyatına alınıb. 

Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Qazax rayonu, Heydər Əliyev prospekti, ev 58/5-də yerləşir. "Azərtranss”ın qanuni təmsilçisi isə Qasımov Adil Məmməd oğludur.

Açıq mənbələrdə Adil Qasımov barədə hər hansı məlumata rast gəlinmir. Amma "Azərtranss” MMC barədə internet resurslarında çoxsaylı məlumatlar var. Media bu şirkəti "Tender kralı” adlandırır. Çünki bir çox iri layihələr 20 manat nizamnamə kapitalı olan bu şirkətə həvalə edilib. 

Maraqlıdır ki, MMC əsasən Qazax və Gədəbəy rayon icra hakimiyyətlərinin elan etdiyi tenderlərin qalibi olur.

2019-cu ilin yanvar-dekabr aylarında "Azərtranss” MMC Qazax rayonunda 3 tenderin qalibi olub. 

Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791 158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669 467 manat və yolların təmir işləri üçün isə 530 040 manatlıq tenderlərin qalibi olub. Beləliklə, "Azərtranss”ın qalibi olduğu tenderlərin ümumi dəyəri 1 990 665 manat edir.

Bundan bir qədər əvvəl isə MMC Gədəbəy Rayon İcra Hakimiyətinin 933 623.8 manatlıq tenderini udub. 3 ay sonra sözügedən icra hakimiyyəti növbəti dəfə "Azərtranss”la 288 215 manatlıq müqavilə bağlayıb. Budəfəki müqavilə icra hakimiyyəti binasının təmiri ilə bağlı olub.

2020-ci ilin mart ayında Gədəbəy Rayon İcra Hakimiyyəti ilə "Azərtranss” MMC arasında toplam 1 666 081 manat 66 qəpiklik müqavilə bağlanıb. Müqavilədə şəhərdaxili küçə, meydan və parkların abadlaşdırması, həmçinin asfaltlanması nəzərdə tutulub.

2019-cu ildə isə "Azərtranss”ın Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin də qalibi olub.///Hit.az 

Tarix: 22-06-2021, 12:09


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930