18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycanda bu il dövlət xətti ilə 77 mln. manatlıq güzəştli ipoteka krediti verilib

Azərbaycanda bu il dövlət xətti ilə 77 mln. manatlıq güzəştli ipoteka krediti verilib
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə cari ilin yanvar-iyul aylarında müvəkkil banklar tərəfindən 3 445 ailəyə 230,5 mln. manat məbləğində ipoteka krediti verilib.
"AzturkmanTv"nin İKZF-yə istinadən verdiyi məlumata görə, verilən kreditlərin 153,6 mln. manatı adi ipoteka kreditlərinin (2 040 ədəd), 76,8 mln. manatı isə güzəştli ipoteka kreditlərinin (1 405 ədəd) payına düşüb.
Ümumilikdə, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,882 mlrd. manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 35 112 olub. Bu kreditlərin 625 mln. manatdan çox hissəsini (12 150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.
Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50%-dək hissəsini özəl sektorda çalışanlar təşkil edib. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.
Fond qeyd edir ki, ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3% təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz dərəcəsi 7,4% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başlayır.



Tarix: 13-08-2021, 12:18


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930