18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
ARDNF "Şahdəniz"dən bu il əldə etdiyi gəlirlərin həcmini açıqlayıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 42 352 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə azdır.
AzturkmanTv ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, fonda daxil olan vəsaitlərin hamısı qaz kondensatın payına düşüb.
Məlumata görə, ötən ilin yanvar-fevralında (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 112 mln. dollar təşkil edib, bunun da 59 mln. dolları kondensatın payına düşüb.
ARDNF-dən "APA-Economics"ə öncə verilən məlumata görə, "Şahdəniz" layihəsi çərçivəsində müxtəlif alıcılarla müəyyən razılaşmalar mövcuddur. Bu razılaşmalara əsasən, zəruri hallarda müqavilələr çərçivəsində satın alınan qaz üzrə vəsaitlər dövlətin gəlirli pay hesabına kompensasiya edilir. Sözügedən halda tərəflər arasında imzalanmış çoxtərəfli müqaviləyə əsasən, bu vəsait Neft Fonduna qaytarılmalıdır. Bu il ARDNF-nin “Şahdəniz”də hasil edilən qazdan gəlirlərin hələ ki olmaması məhz qeyd olunan səbəblərlə izah edilir.
Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Şahvələdova Zəhra

Tarix: 4-05-2021, 14:09


Bölməyə aid digər xəbərlər