“Türkiyə müdafiə sənayesi sahəsində Azərbaycanla texnoloji əməkdaşlığı yeni səviyyəyə qaldırmağa hazırdır”.
AzturkmanTv “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir Bakıda jurnalistlərə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə iki dövlətin imkanlarını birləşdirərək hərbi sənaye kompleksini Azərbaycanla birlikdə inkişaf etdirməyin tərəfdarıdır.
İsmayıl Dəmir dövlətlərin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsində müdafiə sənayesinin əhəmiyyətini vurğulayaraq yerli texnologiyaların uzun müddətdir Azərbaycan torpaqlarını işğal altında saxlamasının aradan qaldırılmasına mühüm töhfə verdiyini xatırladıb.
“Öz gücümüzə, yerli sənayeyə güvənməkdən daha əhəmiyyətli bir şey yoxdur. Azərbaycanlı qardaşlarımız bunu çox yaxşı görür və bilir”,- deyə Dəmir əlavə edib.
O qeyd edib ki, Azərbaycan praktikada effektivliyini sübut edən Türkiyə müdafiə məhsullarının bütün çeşidi ilə maraqlanır.
“Sənaye və texnoloji bazanı gücləndirmək üçün yol xəritəsi hazırlanacaq. Məhsulların satışından və ya alınmasından daha böyük miqyaslı qarşılıqlı əməkdaşlıqdan danışırıq. Hərbi sənaye kompleksində daha uzunmüddətli addımlar atmaq mümkündür”,- deyə şöbə müdiri qeyd edib.
Şahvələdova Zəhra
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |