18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Baş nazir illər sonra qızının atasına ərə gedir


Yeni Zelandiyanın Baş naziri Casinda Ardern nişanlısı, teleaparıcı Klark Qeyfordla ailə qurmağa hazırlaşır.
AzturkmanTV “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 40 yaşlı hökumət rəhbəri radio proqramlarından birinə açıqlamasında yaz mövsümündə (dekabr-fevral arasında) cənub yarımkürəsində yerləşən ölkələrdən birində evlənəcəyini bildirib.
“Özümü parti verə bilməyəcək qədər yaşlı hiss edirəm”, - deyən Ardern əvəzində kiçik bir məclis təşkil edəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, 5 milyona yaxın əhalisi olan Yeni Zelandiya epidemiyaya qarşı sınaqdan ən yaxşı çıxmış ölkələrdən (2629 yoluxma, 26 ölüm) biridir. Belə ki, dünyanın bir çox ölkəsi yeni mutasiyalarla mübarizə apararkən, Yeni Zelandiyada xəstələrin sayı demək olar ki, sıfırlanıb. Ölkədəki insanlar maskasız küçələrdədir və həyat normala dönüb. Bu sahədə Baş nazirin rolu danılmazdır. Hətta, o, koronavirus təhlükəsinə operativ reaksiya verdiyinə görə “Financial Times” beynəlxalq biznes qəzetinin hazırladığı “2020-ci ilin ən nüfuzlu qadınları”nın siyahısına rəhbərlik edib.
Xatırladaq ki, Baş nazir C. Ardernin 2013-cü ildən münasibətdə olduğu K. Qeyforddan 2018-ci ilin iyununda Niv adlı qızı dünyaya gəlib. Cütlük 2019-cu ildə nişanlanıb.






Tarix: 5-05-2021, 14:58


Bölməyə aid digər xəbərlər
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930