18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Xüsusi qayğıya ehtiyacı olan uşaqların özünüqiymətləndirməsi



Xüsusi qayğıya ehtiyacı olan uşaqlardakı özünüqiymətləndirmə və öyrədilmiş Çarəsizlik Sindromu (ÖÇS) haqqında fikirlərimi bildirmək istəyirəm. Müasir dövrümüzdə Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların (XQEU) sayı artmaqdadır. Bəzi insanların onlar haqqında kifayət qədər məlumatları yoxdur. Ona görə də həmin insanlara (uşaqlara) qarşı münasibətlər də birmənalı deyil. 
Qədim zamanlarda yeni doğulmuş qüsurlu uşaqları diri-diri basdırır və ya öldürürdülər. Bu gün də bəzilərinin XQEU-lara qarşı olan rəftarı təəssüf doğurur. İnsan anlamalıdır ki, dünyada yaşayan insanların hər birində müəyyən qüsur ola bilər. Bunlar gözlə görünməyə də bilər. Bu gün bu cür rəftarın onlara münasibətdə təsirini anlayaraq  “onlar kimdənsə asılıdır, yazıqdır” düşüncəsindən qurtulmaq zamanıdır.
XQE olan insanların bizə ehtiyacı var. Ona görə də insanlara sualım beləıdir: 'Həyatda digər birinə ehtiyacı olmayan bir insan varmı?' – “təbii ki, yoxdur”. Mənfi rəftarın onlara necə təsir edir, onlarda özgüvən problemi (özünüqiymətləndirmə) yaradır. Bu səbəbdən bəzən cəmiyyətdən, ünsiyyətdən qaçır və öz daxili aləmlərində gizlənirlər. Zamanla onlarda Öyrədilmiş Çarəsizlik Sindromu (ÖÇS) halı baş veirr. Onlar öz imkanlarını, qabiliyyətlərini, istəklərini həyata keçirə bilməyəcəklərini düşünür və özlərini buna inandırırlar. Problemin həllində valideynlərin rolu çox böyükdür. Bəzən onlar öz övladlarını başqaları ilə müqayisə edir, qüsurlarını dilə gətirirlər. Əhali arasında bu cür halların baş verməməsi üçün kütləvi və fərdi maarifləndirmə işləri aparılmalıdır. Sonda ölkəmizin hər bir vətəndaşına müraciətlə demək istəyirəm ki, “bizi çatışmazlığımızla deyil, adımızla tanıyın”.
Fidan Hacıyeva Ağazadə

Tarix: 3-05-2021, 12:51


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930