18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq

Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq
Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib.

AzturkmanTv-nin məlumatına görə, qüvvədə olan qaydalara əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərinin qoyulması nəzərdə tutulurdu.
Dəyişikliyə əsasən, iki dəfə şərti çıxarılıb. Beləliklə, yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyacaq. Eyni zamanda Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının büstləri qoyulacaq.
İndiyə qədər yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırıblar. Dəyişikliyə əsasən, Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin adları küçələrə, meydanlara veriləcək, yerli rayon (şəhər) icra hakimiyyəti orqanları təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılacaq. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ən azı iki ordenlə təltif olunmalarına dair şərt də ləğv olunub.


Tarix: 15-07-2021, 21:45


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930