18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
DEPRESSİYANI TANIYIN.

DEPRESSİYANI TANIYIN.
Son zamanlarda adını tez-tez eşitdiyimiz depressiya xalq arasında həddindən artıq bədbəxtlik halı ruh düşkünlüyü olaraq bilinər. Ancaq hər bədbəxtlik və ruh düşkünlüyü depressiya deyil. İnsanların ayrılıq, yaxın birinin itkisi kimi vəziyyətlərdə yaşadığı kədər və yas tutma ilə depresiyanı ayırmaq lazımdır. Yas dövründə adam kədərli ola bilər və bu normal yaşanması gərəkən bir müddətdir. Depressiya bəzən belə bir itkidən sonra da ortaya çıxa bilər ancaq depressiya diaqnozu ala bilməsi üçün yas prosesinin atlata bilməməsi, şiddətli və davamlı olması lazımdır. Özünü heç bədbəxt hiss etmədiyini söyləyən adam yoxdur. Çünki duyğularda dəyişikliklər və eniş-yoxuş yaşana bilər. Hətta bu sağlamlıqdır, normaldır. Bu səbəblə insanların depressiya haqqında daha çox məlumata sahib olması lazımdır. Əvvəlcə depressiya diaqnozu aşağıdakı əlamətlərdən 5 və daha çoxunun, ən az 2 həftə boyunca davam etdiyi vəziyyətlərdə qoyular.
1- İntihar düşüncəsi
2- Günahkarlıq və / və ya dəyərsizlik hissi
3- Marağın və zövqün azalması
4-Yuxu pozuntusu (həddindən artıq çox yatmaq ya da yuxusuzluq)
5- Iştahta artma / azalma
6- Hərəkətdə yavaşlama
7- Yorğunluq və enerji itkisi
8- Diqqət dağınıqlığı
9- Qərarsızlıq

Depressiya yüngül-orta-ağır şiddətdə ola bilər. Depresiyadakı insanlar dəli, anormal və zəka baxımından zəif kəslər deyil. Ruhumuzun soyuqladığını düşünə bilərik. Depressiya həyat boyu qadınlarda kişilərdən daha çox görülməkdədir. Qadınlarda  25%, kişilərdə isə 12% qədərdir. Depressiya riski 18-44 yaşlarında daha çox 65 və üzərində isə daha azdır. Depressiyada genetik faktorlarda böyuk rol oynayır. Ancaq ekoloji faktorlar, yetişdirilmə tərzi də insanlara öz təsirini göstərir. Depressiyanın tək bir səbəbi yoxdur. Bir çox faktor depressiyaya səbəb olabilir. Ailənin depressiyaya uyğunluğu və beyin kimyasının xüsusiyyətləri, yaşanılan təcrübələr, mənfi düşüncə və davranışda bir sıra dəyişikliklər depressiyanın səbəbləri sırasındadır. Həyatdan zövq alınan fəaliyyətlərin olmaması ya da azalması, bir sıra mövzularda yaşanılan müvəffəqiyyətsizliklər, çarəsizlik və ümidsizlik inancları da insanı depressiyaya meyilli hala gətirər. Depresiyanı ortaya çıxaran birinci faktor beyin yəni sinir sistemi, beyindəki struktur və ya kimyəvi bəzi dəyişikliklər, ikinci faktor şəxsiyyət quruluşu yəni insanın ümumiyyətlə dünyanı və özünü dəyərləndirilmə şəkli, üçüncü faktor isə ətraf yəni yaşadığınız hadisələr. Depressiya müalicəsi mümkün olan bir psixoloji pozuntudur. Pasiyentin xüsusiyyətinə görə psixoloq tərəfindən məqsədəuyğun psixoterapiya üsulları seçilir və həyata keçirilir. Pasiyent psixoloq ilə əməkdaşlıq etsə müalicə müsbət nəticə verir.
Şahvələdova Zəhra

Tarix: 3-05-2021, 14:40


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930