18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Bir şəhid məzarı olmaqdı Vətən...


AzturkmanTv Xalid Mahmudun "Vətən" şeirini təqdim edir:
VƏTƏN
Bir ağac olmaqdı, 
yarpaq olmaqdı 
birağacın budaqlarında...
Bir dəstə çiçək olmaqdı 
bir şəhid məzarının üstündə.
Bir şəhid məzarı olmaqdı 
Vətən...

Bir körpənin 
bələkdən sıyrılan ümid çığırtısı, 
bir ananın qucağındakı arzu yolu, 
bir şəhid atasının 
məğrur baxışlarındakı 
oğul həsrətidir, 
bir atanın başını ucaldan 
oğul olmaqdı 
Vətən...

Bir yetim uşağın gözlərində 
bir çimdik təbəssüm ola bilməkdi, 
bir ixtiyar qocanın 
ümidsiz gözlərində 
ümid ola bilməkdi, 
bir isti qucaq olmaqdı 
Vətən...

Bir yol olmaqdı, 
yolçu olmaqdı, 
dara düşəndə əyninə kəfən geyinib 
addımlaya bilməkdi ölümün üstünə...
Təkcə uğurunda ölmək deyil, 
ölümü öldürə bilməkdi 
Vətən...
Mənbə: arqument.az


Tarix: 4-06-2021, 11:14


Bölməyə aid digər xəbərlər
4-06-2021, 10:50 Ziyalı kimdir?
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.
24-05-2021, 14:29 Bədən dili