18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Günə pozitiv başlamaq üçün bunları edin :


Günə pozitiv başlamaq üçün bunları edin : 
1. Səhər yeməyi yeyin.
Yaxşı bir səhər yeməyi, həm bədənin, həm də ruhun qidasıdır. Lakin bir çoxumuz səhərlər buna vaxt ayıra bilmədiyimiz üçün səhər yeməyini ötürürük. Halbuki, səhərlər sadəcə 15 dəqiqə daha erkən oyanıb səhər yeməyi yemək, daha asan oyanmağınızı və özünüzü daha enerjili hiss etməyinizi təmin edər.
2. Oyanan kimi əzələlərinizi gərin.
Səhərlər əzələlərinizi gərmək, bədəninizdəki qan dövranını sürətləndirir. Bu gərilmə hərəkətlərini yatağınızda belə edə bilərsiniz. Əzələlərinizi gərdiyiniz zaman ifraz olunan endorfin, stresinizi azaldar və günə daha pozitiv başlamağınızı təmin edər.
3. Televizora baxmayın.
Pis xəbərləri eşitdiyiniz zaman, asanlıqla kefiniz pozulursa, səhərlər oyanan kimi televizoru açmayın. İrəliləyən saatlarda xəbərləri almaq üçün çox vaxtınız olacaq.
4. Musiqi qoyun.
Sizi yaxşı hiss etdirən mahnılardan ibarət bir albom hazırlayın və səhər oyanan kimi bu musiqilərlə günə başlayın.
5. Gecədən hazırlıq görün.
Açarlarınızı və pul qabınızı tapmaq, paltarlarınızı seçmək, işə gedərkən yolda oxuyacağınız qeydləri çantanıza qoymaq üçün tələsərkən əslində günə neqativ bir başlanğıc etmiş olursunuz. Bunun yerinə, gecə 10 dəqiqənizi ayırıb hazırlıq görərək səhərlər daha az narahatlıqla oyana bilərsiniz.
6. Yataq otağınızı təmizləyin.
Səhərlər təmiz bir otaqda oyanmaq, günə daha yaxşı duyğularla  başlamağınızı təmin edir. Yataq otağınızı gecədən təmizləsəniz, etməli olduğunuz işlər siyahınızdan önəmli bir maddəni çıxarmış olarsınız.
7. Ətrafınızda təbii çiçəklər olsun.
Elmi araşdırmalar, çiçəklərin insanları daha xoşbəxt etdiyini deyir. Səhərlər oyanan kimi ilk görəcəyiniz bir yerə təbii çiçəklər qoyun.
8. Telefonunuzda zəngli saatı təxirə salmayın.
Səhərlər zəngli saatla oyanırsınızsa, təxirə salma düyməsinə qətiyyən basmayın. Araşdırmalara görə, zəngli saatınızı təxirə salmaq, daha yuxulu və yorğun bir halda oyanmağınıza səbəb olur.
9. Pərdələri yarı açıq saxlayın.
Hava şəraiti və günəş işığı hamımızın ruh halını dərhal dəyişdirir. 
10. Sosial şəbəkədən uzaq durun.
Səhərlər oyanan kimi bir çoxumuz mobil telefonlarımızı əlimizə alıb sosial şəbəkə hesablarımızı yoxlayırıq. Bir də, səhərlər oyandığınız zaman, sosial şəbəkədən uzaq durmağa çalışın. Fərqi, qısa zamanda hiss edəcəksiniz.
Şahvələdova Zəhra 

Tarix: 24-05-2021, 14:14


Bölməyə aid digər xəbərlər
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930