18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Bədən dili


Qarşımızdakı insanın bədən dili bizə nə deyir? Nəzərə almaq lazımdır ki, bəzən bədən dili bizim öz istəklərimizə də tabe olmadan hisslərimizi biruzə verə bilər.

•Əgər insanlar səmimi qəlbdən gülümsəmirsə, onların göz yanlarında qırışıqlıqlar yaranmaz.
 
•Qarşınızdakı insanın səs tembrinin başa düşüləcək şəkildə düşüb-qalxması, sizdən xoşlandığı anlamına gəlir.
 
•Əgər qarşınızdakı insan siz danışarkən sizin hərəkətlərinizi təkrarlayırsa, bu sizə diqqətlə qulaq asdığını ifadə edir. Siz danışarkən sizə tərəf əyilməsi də yaxınləa işarəsidir.
 
•Qarşılıqlı olaraq baxışmaq, qarşınızdakı insanın sizinlə yaxşı ya da pis bir səbəbdən maraqlandığını göstərir.
 
•Qarşınızdakı insan sizinlə ünsiyyətdə olarkən çox uzun müddət diqqətlə baxırsa, yüksək ehtimalla yalan danışır.
 
•Ayağı ayaq üstünə qoymaq çox vaxt inadkarlığın və güc nümayiş etdirmənin siqnalıdır. Ayaqların titrəməsi gərginliyi və  narahatlığı ifadə edir.
 
•Tez-tez dəyişən əl-qol hərəkətləri və üz ifadələri, güclü və yaxşı bir ünsiyyətin göstəricisidir.
 
•Qarşı tərəf  yanınızda sizinlə birlikdə gülürsə, artıq sizə bələd olmuş və sahiblənmiş deməkdir.
 
•Söhbət edərkən əlləri geniş bir sahədə hərəkət etdirmək, avtoritar bir görüntü, qarşınızdakı insanın lider ruhlu biri olduğunu göstərir.
 
•Qolların sinədə qovuşdurulması, qoruyucu bir duruşda olduğunuzu və qarşınızdakı insana güvənmədiyinizi göstərir.
Şahvələdova Zəhra

Tarix: 24-05-2021, 14:29


Bölməyə aid digər xəbərlər
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930