18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
İşlərimizi qısa zamanda effektiv şəkildə həll etmək üçün diqqət edin :


İşlərimizi qısa zamanda effektiv şəkildə həll etmək üçün bunlara diqqət edin : 

Fəaliyyət planı
İnsanların əksəriyyəti eyni anda bir neçə tapşırığı  həll etməyə yönümlü olmasına baxmayaraq, araşdırmalara görə, insanlara bir tapşırıq üçün diqqəti toplamaq   çətin olduğu halda , bir neçə tapşırıq üçün lazım olan diqqəti toplamaq daha da çətindir.
Ruhdan düşməyə tələsməyin. Əgər siz paralel şəkildə bir neçə tapşırığı yerinə yetirməyə gücünüzün yetmədiyini qəbul edirsinizsə , o zaman diqqətinizi bir işə yönləndirəcək və o işi ziyansız həll etməyə kömək edəcək məsləhətlərdən yararlana bilərsiniz.
Telefonu söndürün: Sizə işi həll etməyə mane olacaq hər şeyi təcrid edin - telefonu, televizoru və sizə mane olacaq digər vasitələri söndürün.

İş planı tərtib edin: Əgər siz kompyuter qarşısında yaxud evdə çox vaxt keçirirsinizsə, bu sizə daha da faydalı olacaq. Gününüzə uyğun qrafik tərtib edin – hər tapşırığa müəyyən vaxt təyin edin. Bunu edərkən , yemək aralarını və istirahət vaxtlarını unutmayın.  Beləliklə, siz işləməyə başlayan zaman nə etməli olduğunuzu biləcəksiniz. Həmçinin, bu sizə vaxtınızı sosial şəbəkələrdə boşuna keçirməyi əngəlləyəcək.

Məqsədlər qoyun: Bir işi etməmişdən əvvəl onu hansı məqsədlə edəcəyinizi yaxşı-yaxşı düşünün.  Əgər sizin dəqiq məqsədiniz yoxdursa , siz rahatlıqla öz işinizdən yayınmaya başlayacaqsınız.  Yeni tapşırığı həll etməyə başlamamışdan əvvəl onun fəaliyyətini planlaşdırmaq üçün müəyyən vaxt ayırın. 

Sağlam səhər yeməyi qəbul edin: Sağlam səhər yeməyi diqqətinizi gücləndirər və işgörmə potensialınızı artırar.

Fasilələr edin:Araşdırmalar göstərir ki, tapşırığı həll edərkən qısa fasilələr diqqəti  gücləndirir.

Oxuyun: Daha çox məsləhət istəyirsiniz? Bunun üçün strategiyanızı inkişaf etdirəcək yetərli qədər kitablar mövcuddur.
Şahvələdova Zəhra

Tarix: 24-05-2021, 14:23


Bölməyə aid digər xəbərlər
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930