18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Təcili yardım sürücülərinə peşəkarlıq və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək

Təcili yardım sürücülərinə peşəkarlıq və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək.
AzturkmanTv-nin məlumatına görə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
1-ci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, 2-ci sinfə isə tarif (vəzifə) maaşının 10 faizi miqdarında əlavə ödəniləcək.
Qeyd edək ki, avtomobil sürücülərinə ixtisas siniflərinin verilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın tələbləri rəhbər tutulacaq.

Tarix: 13-07-2021, 20:54


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930