18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Natiq Cəfərli: "Mikayıl Cabbarov özü-özünə müraciət edib?"


Nemət Əliyev: "Qiymətləri qaldırmaq odla oynamaq kimi bir şeydir”
"Bahalaşma qərarı verənlərin gözləri ayaqlarının altını görmür. İndiki şəraitdə təbii qazın və elektrik enerjisinin qiymətlərini bu dərəcədə qaldırmaq odla oynamaq kimi bir şeydir”.

İqtisadçı Nemət Əliyev belə deyir.

Onun sözlərinə görə, idxal malları 27, ümumi məhsul bazarı 20, istehlak bazarları 16 faiz bahalaşıbsa və üstəlik, ölkədə orta aylıq əmək haqqı 2 faizə yaxın düşübsə, hökumət təbii qazın və elektrik enerjisinin bahalaşdırılması istiqamətində deyil, əməkhaqlarının artırılması istiqamətində addım atmalı idi: "Eyni zamanda, rəqabət qabiliyyətli yeni iş yerlərinin açılması yönündə hərəkətə keçməliydi. Bu göstəricilərin müqayisəsi əhalinin sosial vəziyyətinin nə dərəcədə acınacaqlı olmasını çox bariz şəkildə ortaya qoyur. Belə vəziyyətdə bahalaşma qərarı vermək əhalini yerə vurmaq deməkdir. Tarif Şurasının bu qərarı birmənalı şəkildə ölkədə pisləşmiş həyat səviyyəsini daha da ağırlaşdıracaq”.

İyunun 30-da Tarif (qiymət) Şurasının iclası olub. Həmin iclasda təbii qazla bərabər elektik enerjisinin də qiymətinin artırılması qərarı qəbul edilib.

Tarif Şurasının qərarına əsasən, "qeyri-əhali” kateqoriyası üzrə elektrik enerjisinə görə bəzi tariflər gecə və gündüz saatlarında müxtəlif cür hesablanacaq. Söhbət 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan qurumlardan gedir.

Qərar iyulun 1-dən qüvvəyə minir.

Saat 08:00-dan 22:00-dək işlədilən elektrik enerjisinin 1 kilovatı 7.3, saat 22:00-dan 08:00-dək isə 3.5 qəpikdən hesablanacaq.

Hazırda əhali üçün isə elektrikin 300 kVts-a qədər qiyməti 7, ondan artıq isə 11 qəpik müəyyən edilib. Eyni zamanda, Tarif Şurası bildirib ki, təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

İqtisadçı Natiq Cəfərli deyib ki, bu qərar ciddi narazılığa səbəb olacaq: "Dövlət mənə - vətəndaşa necə istehlak saatlarını sübut edəcək? İndi sayğaclarla bu, mümkün deyil axı. Yanaşmanın özü normaldır, amma texniki cəhətdən necə həyata keçiriləcək ki, inandırıcı olsun? Yəni mən-vətəndaş-istehlakçı zatən inhisarçı dövlət şirkətlərinə güvənmirəm, bəs nə etməliyəm? Hər axşam saat 22:00-da ayağımın altına stul qoyub sayğacın göstəricisini yazmalı, səhər saat 08:00-da bir daha dırmaşıb gecə işlətdiyimi qeyd etməli və beləcə 30 gün əziyyət çəkməliyəm ki, bu oğru, korrupsioner, büdcəni talayan dövlət şirkətləri məni aldatmasın?”

İqtisadçı bildirib ki, bu qərarın prosedur qaydalarının necə olacağı açıqlanmayıb və insanlarda sual yarada bilər: "Avqustun əvvəlində siz, hökumət olaraq onminlərlə vətəndaş şikayəti ilə üzləşəcəksiniz, bunu istəyirsiniz?”

Onun fikrincə, daha bir qaranlıq məqam isə Mikayıl Cabbarovun qərarları hansı formada qəbul etməsi ilə bağlıdır: "Formal olaraq Mikayıl Cabbarov Tarif Şurasının rəhbəridir, amma SOCAR Müşahidə Şurasına da rəhbərlik edir. Mənə maraqlıdır, dünən qəbul olunan qərarın mexanizmi necə olub? SOCAR-a de-jure rəhbərlik edən Mikayıl müəllim özü-özünə, yəni TŞ-ı rəhbəri Mikayıl müəllimə müraciət edib? Görəsən SOCAR-ın de-jure rəhbəri Mikayıl müəllimin müraciətinə, TŞ-nın de-fakto rəhbəri Mikayıl müəllim necə reaksiya verib? Aydındır ki, ölkədə qiymət artımı ilə qərarları bir nəfər – Prezident Əliyev verir, amma prosedur qaydaları insanı kədərli şəkildə gülümsədir”.///Meydan TV

Tarix: 1-07-2021, 18:11


Bölməyə aid digər xəbərlər
4-06-2021, 10:50 Ziyalı kimdir?
6-06-2021, 16:55 Sürüş Suruş