18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
AVRO 2020: İtaliya və İspaniya yarımfinalda


Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsi oyunları davam edir.
AztürkmanTv xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.
Günün ilk matçında İsveçrə və İspaniya milliləri Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda üz-üzə gələiblər. Bakı vaxtı ilə saat 20:00-da start götürən görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edib. Görüşün əsas və əlavə vaxtı 1-1 hesabı ilə yekunlaşdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada ispanlar 3:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıblar. 
Günün digər oyununda isə turnirin favoritlərindən sayılan Belçika və İtaliya komandaları münasibətləri aydınlaşdırıb. Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda keçirilən oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib. Görüş İtaliyanın 2:1 qələbəsi ilə başa çatıb. 

Avropa çempionatı
1/4 final
20:00. 
İsveçrə - İspaniya - 1:1 (Penaltilər seriyası - 1:3)
Qollar: 
Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1)
23:00. Belçika - İtaliya
Qol: Lukaku, 45+1 - Barella, 31. İnsinye, 43
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. “Alyans Arena”.
Beləliklə Avro-2020-də ilk yarımfinal cütü müəyyənləşib. 1/4 finalda Belçikaya qalib gələn İtaliya İspaniya ilə qarşılaşacaq.
Bu matç Londondakı “Uembli” stadionunda baş tutacaq.
Qarşılaşmanın start fiti saat 23:00-da veriləcək.

1/4 finalın digər oyunlarında Çexiya Danimarka ilə, Ukrayna isə İngiltərə ilə qarşılaşacaq.

Sənan İmanov

Tarix: 3-07-2021, 00:19


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930