18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Əsəbləriniz yerində deyil?O zaman bu məsləhətlərə göz atın:

-Emosiyalarınızı anlamağa çalışın
Narahatlığı aşağı salmağın birinci addımı həyəcanlanmağa başladığınızı anlamaqdır. Araşdırmalara əsasən, insanlar daha tez o zaman sakitləşirlər ki, həyəcanın hücumunu hiss edir, ona təslim olmaq əvəzinə onunla mübarizə aparırlar. Beyin rasional düşüncəyə keçir, həyəcan dalğası isə geri çəkilir.

-Dərindən nəfəs al
Burun vasitəsilə yavaş-yavaş və dərin nəfəs alaraq, sən stressə qarşı orqanizminin reaksiyasını aşağı salırsan. Bəli, bu məsləhət ən orijinal olmasa da, işlək olmadığı anlam daşımır. Əsəbləşməyə başladığın zaman nəfəsin və nəbzin tezləşir. Əgər sən dərindən nəfəs almağa başlasan, orqanizmə siqnal verəcəksən ki, sakitləşmisən, o da sakitləşəcək. Belə bir elmi magiya!

-İndiki zaman haqqında düşün
Əgər sən hiss etməyə başlayırsansa ki, fikirlərin keçmişə, ya gələcəyə uçur və bu, əsəb vəziyyətinə gətirir, dərhal indiki zamana qayıtmağa çalış. Məhz burada və indi səninlə hər şey yaxşıdır. Sənin fikirlərin təhlükə hissini yarada bilər. Onları sabitləşdirərək, sən əsəb sistemini normal vəziyyətə qaytarırsan.

-Yalnız nəzarət edə biləcəyin şeyə diqqət yetir
İstənilən vəziyyətdə sənin beyinin kontrol istəyir. Hətta kontrolun xəyali hissi belə, narahatlığı, həyəcanı və hətta ağrınını azaldır. Buna görə də, əks reaksiyadan qaçmaq üçün, sənə diqqətini yalnız nəzarət edə biləcəyin anlara cəmləşmək lazımdır. Heç bir halda ən pis mümkün variantları və sair şeyləri modelləşdirmək lazım deyil.

-Qərarlar qəbul et, hətta əgər bunu etmək istəmirsənsə
Qərarın qəbul olunması, istənilən, hətta ən əhəmiyyətsiz olsa da, sənin beynini rasional mühitə dəyişdirir. Nəticə kimi, o, emosiyalara təslim olmağı dayandırır. Bundan başqa, qəbul edilmiş qərardan  sonra əhval-ruhiyyən və özünə qiymət verməyin qalxacaq ki, bu da, həmçinin çox əhəmiyyətlidir.
Şahvələdova Zəhra

Tarix: 18-05-2021, 20:48


Bölməyə aid digər xəbərlər
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.
15-05-2021, 20:17 Məmmədli Rabil-"İmtahan"
20-04-2021, 12:13 "Bir anlıq xatirələr"


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930