18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Səməd Rəhimli: "İndi vəziyyət daha da ağırlaşacaq"


"Hökumət "parlament"in əliylə məhkəməyə iddia vermək üçün dövlət rüsumlarını artırır və vəkillər üçün ağır təzyiq vasitəsinə çevrilə biləcək yeni yüksək cərimə müəyyən edir. Məhkəmənin müyəssərliyi (çatımlığı) onsuz da pis vəziyyətdə idi. İndi vəziyyət daha da ağırlaşacaq".
Bu sözləri hüquqşünas Səməd Rəhimli Azərbaycanda məhkəmələrə vəkili "əsassız şikayətlərə görə" 500 manatadək cərimələmək hüququnun verilməsi məsələsinə münasibət bildirərkən deyib. 

Məhkəmənin açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilməsi məsələsi Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. 

Bu, Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə öz əksini tapıb.

Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Səməd Rəhimli "Tvitter" hesabındakı açıqlamada bildirib ki, 2018-ci ildə təxminən 300-500 manata başa gələn işlər indi azı 1000 manat civarında ola bilər:

"Nümayəndəliyi ləğv edib vəkil monopoliyasına keçildikdən sonra vəkil defisitinə görə qiymətlər artmışdı. Sonra orderin qiymətini artırdılar, indi rüsumlar və məhkəmə cərimələri artırırlar. 2018-ci ilə qədər  300-500 manata başa gələn işlər təxminən azı 1000 manat civarında olacaq.

Əsaslandırma kimi də güman ki, Qərb ölkələrini göstərib deyəcəklər ki, orda da qiymətlər və cərimələr belədir. Bir də deyəcəklər ki, yalançı iddialar verilir; onların sayını azaltmaq istəyirik". (arqument.az)

Tarix: 24-06-2021, 18:36


Bölməyə aid digər xəbərlər