18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Qənirə Paşayeva parlamentdə od püskürdü: "Şəhid atası gəlib deyir ki..."


Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva hökumət üzvlərinin büdcə müzakirələri ilə əlaqədar iclas zalında olmasından istifadə edərək bəzi məmurlarla bağlı tənqidi fikrilərini səsləndirib.
“Deyirlər, Qənirə xanım, siz bu məsələləri burda qaldırmayın! Mənə nəyi burada qaldırıb-qaldırmamağı məmur müəyyən etmir, mən müəyyən edirəm!”, - deyə, Q.Paşayeva bildirib.
Millət vəkili Qarabağ döyüşçüsü olmuş vətəndaşın sığorta ilə bağlı məhkəmə qərarının icrasına nail ola bilmədiyini vurğulayıb:
“Adam nə istəyir, deyir məhkəmənin qərarı  icra olunsun! Qurumun rəsmisinə zəng edirəm, deyir 624 belə vətəndaş var, baxılacaq. Millət vəkili əgər bir məsələni qaldırırsa, onun şəxsi marağı yoxdur. Adam deyir ki, məhkəmənin qərarı niyə yerinə yetirilmir? Bundan sonra mən seçiciyə necə deyə bilərəm, siz məhkəməyə inanın?”
Daha sonra Q.Paşayeva Tovuzdakı tarixi abidə ilə bağlı çağırışının da nəticəsiz qaldığını vurğuladı:
“Axı o abidə məhv olub gedir. Azərbaycan tarixinin önəmli abidələrindəndir”.
Q.Paşayeva bir daha xəbərdarlıq etdi:
“Millət vəkillləri ilə danışanda üslublarına diqqət etsinlər! Əgər diqqət etməsələr, biz adlar da çəkəcəyik”.
Sonra isə deputat Əmək və Əhlalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlə vətəndaşları narahat edən məsələlərlə bağlı tədbir görülməsini xahiş etdi.

Tarix: 8-06-2021, 22:49


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?
6-06-2021, 16:55 Sürüş Suruş