18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycan çay ixracını azaldıb

Azərbaycan çay ixracını azaldıb
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 4 826,59 min ABŞ dolları dəyərində 636,80 ton çay ixrac edib.
"AzturkmanTV"nin Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk yeddi ayında ölkədən ixrac edilən çayın dəyəri 12,6%, həcmi isə 21,2% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,04%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,36%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 36 946,58 min dollar dəyərində 8 732,21 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 8,5%, həcmi isə 4% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,59% təşkil edib.
Cari ilin yanvar-iyul aylarında (ötən ilin eyni göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 7,6 dəfə, həcm ifadəsində isə 13,7 dəfədən çox üstələyib.

Tarix: 21-08-2021, 12:14


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930