18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Bu tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək


“2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilib. 2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanıb”.
AzturkmanTv “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Prezidentin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edilib.
Qərarda edilən yeni dəyişikliyə görə, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək. Bu məqsədlə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hüseynova Zülfiyyə.





Tarix: 5-05-2021, 12:31


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930