18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəhbərini Şuşanı itirməkdə günahlandırır


Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan hesab edir ki, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyan Şuşanın itirilməsinə görə mühakimə olunmalıdır.
"Onik Qasparyan Şuşanın itirilməsinə görə cavab verməlidir. Mənim qarşımda yox, məhkəmə qarşısında. Necə olub ki, Şuşaya kömək etməli olan qrup yarım gün gecikib?" 
“TASS” informasiya agentiliyinin verdiyi məlumata görə, Nikol Paşinyan Abovyan şəhərində tərəfdarları ilə görüşündə belə deyib.
Qasparyan müharibə bitdikdən bir neçə ay sonra sonra - fevralın 25-də Paşinyanı istefaya çağırmışdı.
Baş nazirsə Baş Qərargahın tələbinin hərbi çevriliş cəhdi olduğunu bildirərək onun istefaya göndərilməsi üçün respublika prezidentinə vəsatət göndərmişdi.
 Martın 10-da Paşinyan Qasparyanın artıq vəzifəsindən azad edildiyini elan etmişdi.

Tarix: 6-06-2021, 16:19


Bölməyə aid digər xəbərlər


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30