18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü


Azərbaycan tarixinin ən şərəfli, yadda qalan, qürurverici günlərindən biri... 
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il, 22 may tarixli fərmanına əsasən 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Gəlin bu şanlı tarixə birgə nəzər salaq 
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə 
olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 
1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. Generalleytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi. 
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. 
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları ermənibolşevik işğalından azad etdi. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy 
Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olmuşdu 
1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi. 
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi. 
Cənab Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində biz bu il bu şərəfli bayramı işğal altında olan torpaqlarımızda şərəf və qürur hissi ilə keçiririk. Ən sonda bunu vurğulamaq istəyirəm : 
Şəhid analarının əllərindən öpürəm, hərbiçi, əsgər və qazilərimizin qarşısında baş əyirəm. Uca Allah səngərdə əlində silah tutan və tutmuş zabit,əsgət və qazilərimizi qorusun... 
Ləman İlham qızı

Tarix: 26-06-2021, 12:15


Bölməyə aid digər xəbərlər
17-06-2021, 18:00 Şəhid Ayxan Qədimov