18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Ebru Gündeş Rza Zərrabdan boşandı


Türkiyənin məşhur müğənnisi Ebru Gündeş 11 illik həyat yoldaşı Rza Zərrabdan boşanıb.
AzturkmanTv “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hər iki tərəfin razılığı əsasında baş tutan məhkəmə iclası ötən gün yekunlaşıb.
10 yaşlı Alaranın qəyyumluğu anasına verilib, Zərrabın qızı ilə müəyyən vaxtlarda görüşməsinə qərar verilib. İddiaya görə, Gündeş bu qərardan sonra Alaranı Nyu-Yorkda yaşayan Zərrabın yanına aparıb.
Qeyd edək ki, müğənni ötən ay məhkəməyə müraciət edərək ərinin ona xəyanət etdiyini, ayrılmaq istədiyini bildirib. 
Xatırladaq ki, E.Gündeş cənubi azərbaycanlı iş adamı ilə 2010-cu ildə ailə qurub, bir il sonra cütlüyün Alara adını verdikləri qızları dünyaya gəlib.
R. Zərrab 2016-cı ildə Mayamiyə səfəri zamanı həbs olunub. Onun ABŞ-ın İrana tətbiq etdiyi embarqonun pozulmasında rol oynadığı iddia edilib. Ebru Gündeş və qızı 6 dəfə ABŞ-a gedərək həbsdə olan eks-əri ilə görüşüb.
Şahvələdova Zəhra

Tarix: 7-05-2021, 11:54


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930