18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Amnesty International" Azərbaycan haqqında çox təhrif olunmuş imic yaratmağa çalışır, bu isə əsl cinayətdir - Piter Teys


"Amnesty International" qeyri-dəqiq məlumatları ilə Azərbaycan haqqında olduqca təhrif olunmuş imic yaratmağa çalışır ki, bu isə əsl cinayətdir.
Bunu Trend-ə "Amnesty International"ın AVRO-2020 çərçivəsində Danimarka-Çexiya oyunu ərəfəsində Azərbaycana qarşı qərəzli bəyanatını şərh edərkən amerikalı ekspert Piter Teys deyib.
"Təsadüfi deyil ki, Azərbaycanda hər dəfə böyük idman tədbiri keçirildikdə, "Amnesty International" Azərbaycan hökumətinə qarşı çirkli qarayaxma kampaniyasına başlayır. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan idman diplomatiyasının inkişafı və beynəlxalq dostluğun möhkəmləndirilməsində futbol matçları və digər tədbirlər vasitəsilə dünyada ön sıralarda durur. Azərbaycana qarşı aparılan bu iyrənc kampaniyalar, Ermənistan hökumətinin özü və Avropa demokratik standartları üçün ən pis sərmayəsidir".
P.Teys əlavə edib ki, bu iyrənc kampaniyalar Avropa demokratik standartlarına zərər verir.

Tarix: 5-07-2021, 08:24


Bölməyə aid digər xəbərlər