18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Qarabağ qazisi etiraz edir


"Mənim ancaq varım, dövlətim mənim xalqımdır."

Xocavənd rayonu Qaradağlı kənd sakini, Quliyev Rafiq Ələhsan oğlu I Qarabağ müharibəsi qazisidir. Döyüşlər zamanı bir çox erməni quldurunu məhv edib. 26 nəfərə qədər insan həyatını xilas edib. Qaradağlı kəndi işğal olunmamışdan bir neçə gün əvvəl tək başına doğma yurdunu və insanlarını mənfur düşmənlərdən qoruyub. Qazinin sözlərinə görə yaralanıb əsir düşəndə anası onun paltarını erməni geyimi ilə əvəzləyib və ermənilər Rafiqi tanımayıb.

Qazimiz deyir: 

"Mən gənc vaxtda da, indi də xalqım, millətim üçün əziyyət çəkirəm. Xalqı talayan rüşvətxor məmurları ifşa etmək, onların görməli olduğu işləri sosiallaşdıraraq həllini tez zamanda tapmasına nail olmaq çalışıram."

"Biz sadə vətəndaşlar artıq yalan vədlərdən yorulmuşuq"

Rafiq Əliyev Beyləqan rayon Binnətli kəndində gördüyü problem haqqında danışarkən qeyd edir: 
"Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda bütün kənd və qəsəbələrin yolları yaxşılaşdırılmalı və asfalt çəkilməlidir. Lakin biz Beyləqanın Binnətli kəndində bunun şahidi olmuruq. Yerli bələdiyyə və icra məmurları da insanların bu probleminə səhlənkar yanaşırlar. Hər kəsə məlumdur ki, təkcə Binnətli deyil, Azərbaycanın bir çox kənd və qəsəbələrində yollar bərbad gündədir. Bu yolların yayda tozu, qışda isə palçığdan insanlar əziyyət çəkir. Yolların çəkilməsi üçün hər il milyonlar xərclənsə də orta da nəticəsi yoxdur. Prezident İlham Əliyevdən xahiş edirəm ki, buna bir son verilsin. Biz sadə vətəndaşlar artıq yalan vədlərdən yorulmuşuq."

Qazinin qeyd etdiyi problem barədə rəsmi orqanların cavabını ala bilmədik. 

Sənan İmanov

Tarix: 23-06-2021, 12:24


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930