18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Şair Camal Cabbarlı Ülvi


Aydın, yetkin təfəkkürlü, məntiqi zəkalı, istedadlı Azərbaycan şairlərindən biri də Camal Cabbarlı Ülvidir. 
Əsl sənət əsəri olan, öz təravətini və aktuallığını heç vaxt itirməyən, modern və klassik ruhda yazdığı poeziya nümunələri olduqca real, orijinal, bədii, fəlsəfi, elmi, romantik və real duyğuları özündə əks etdirir. O həm də şahidi olduğu hadisələrə biganə qalmamış, bütün məqamları şeirlərində qızıl qələmi ilə ifadə etmişdir. İstedadlı şairin qəmgin ruhda yazdığı əsərlərində hadisələr canlı lövhələrlə, poetik tonlarla, yüksək üslubi imkanlarla zənginləşdirilmişdir. 

Daha məndən umma heç nə,
Dünya, səndən bezib getdim. 
Yol vermədin yol keçənə,
Dumanında azıb getdim. 
Ünvanımı yazıb getdim. 

Xarizmatik şəxsiyyət C. C. Ülvinin Azərbaycan ədəbi mühitinə verdiyi töhfələr çoxdur, şübhəsiz, bu qəbildəndir ki, onun vətən mövzusunda yazdığı şeirləri yaradıcılığında aparıcı yer tutur. Xalqını, elini, obasını, çox sevən görkəmli şair Azərbaycana məhəbbətini yüksək səviyyədə ifadə etmiş və əsərləri oxucularının yaddaş kitabına çevrilmişdir. Sənətkarın vətən mövzulu əsərlərini oxuduqca tariximizə dair bilgilər dolğunlaşır və artır. 1990-cı ilin yanvar ayının 20-də baş verən qanlı hadisə ilə bağlı şair yazırdı: 

Əzizim uca dağlar,
Dərd məndən uca dağlar.
O günü ki mən gördüm
Unudum necə dağlar? 



İstedadlı ədəbiyyat xadiminin şeirlərində forma yığcamlığı, məzmun aydınlığı, dil sadəliyi, axıcılıq, oynaqlıq, ahəngdarlıq vacib prioritetlərdəndir.  Camal Cabbarlı Ülvinin poeziyaya özünəməxsus baxış bucağı, üslub ustalığı vardır və bu səbəblərdən dolayı o ədəbiyyatımızın, mədəniyyətimizin əbədisi, unudulmazı rolundadır. 

Sən dilimdə ulu andım,
Ayrılmaram səndən daha. 

Mütəfəkkirin yaradıcılığında dilin dediyini ürək, ürəyin dediyini də dil deyir. Əlvan hisslərin içində oxucu duyğuları rövnəq vurur. Şeirlərini yazmaqla bərabər, həm də şəklini çəkir. Nümunə kimi təbiətə həsr etdiyi əsərlərini misal göstərmək olar:

Gəlir, gəlişiylə hərarət gəlir,
Neçə min ürəyə məhəbbət gəlir. 
Dağlara gözəllik, qollara qüvvət
Sanki gül ətirli bir həyat gəlir.

Yüksək peşəkarlıq meyarlarına sahib olan, öz işığı ilə cəmiyyəti aydınlandıran və poeziyası ilə mənəvi sərvətimizə çevrilən istedadlı şair Camal Cabbarlı Ülvi hal-hazırda yaradıcılığına davam edir və böyük oxucu kütləsi adından ona ədəbiyyat sahəsi üzrə uğur və müvəfəqiyyətlər arzu edirik. 

Məqalənin müəllifi – Yazar Elşən Təhməzov

Tarix: 31-08-2021, 09:37


Bölməyə aid digər xəbərlər
20-07-2021, 09:05 Şair Səyyad Sərraf
17-06-2021, 18:47 Özbək mədəniyyəti