18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Belarusda siyasi məhbus məhkəmə zalında özünə xəsarət yetirib


Belarusda siyasi məhbus Stepan Latıpov məhkəmə zalında boğazına qələm soxub. 
"Svoboda.org"-un iyunun 1-də verdiyi məlumata görə, Latıpov özünə xəsarət yetirməzdən əvvəl hüquq mühafizə orqanlarının əgər o, cinayətini boynuna almazsa, qohumlarına qarşı iş açacağını ilə hədələdiyini bildirib. 

Latıpov dələduzluqda, ictimai əsayişi pozmaqda və polisə müqavimət göstərməkdə ittiham olunur. 

O, Belarusda 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən etiraz mitinqlərində iştirak edib və həmin ilin sentyabrında polis tərəfindən saxlanılıb. 

Siyasi məhbus məhkəmə zalında ifadə verərkən ağır şəraitli həbsxanada işgəncələrə məruz qaldığını bildirib. 

Bunu deyəndən sonra isə o, qarşısındakı qələmi götürərək boğazına soxub. 

Latıpovun vəziyyətinin necə olduğuna dair əlavə məlumat verilməyib.

Tarix: 1-06-2021, 20:22


Bölməyə aid digər xəbərlər