18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Sabir Rüstəmxanlı: “Onda görəcəyik ki, bu, xalqın xeyrinədir, yoxsa ziyanına?”


Deputat Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müzakirəsi zamanı fikirlərini çatdırdı. Bildirdi ki, müzakirənin bu qədər uzanmasının bir səbəbi var: “Sosial məsələ, insanların güzəranı həssas məsələdir. Mən fikrimi demişdim. Müəyyən dəyişikliklər də olub. Bu, praktikada özünü göstərəcək, onda biz görəcəyik ki, bu xalqın xeyrinədir, yoxsa ziyanına? Çoxluq qəbul edirsə, biz də parlament etikasına uyuruq”.
Deputatın sözlərinə görə, elə rayon var ki, yalnız bir adam kompüterdə cədvəllər yerləşdirir, sənədləri doldurur və Bakıya göndərir: “Bakının özündə də belə hallar. İnsanlar əlilliyin müəyyən edilməsi üçün saatlarla sənəd üçün gözləyirlər. Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir. Bu işi aparanlar elə mexanizm qurmalıdır ki, insanlar əziyyət çəkməsin”. Deputat əlavə edib ki, qanunda hər yerdə “şəxsi əlililliyin qiymətləndirilməsi” ifadəsi yazılır: “Burada qiymətləndirmədən yox, əlilliyin müəyyən edilməsindən gedə bilər”.
Komitə sədri Musa Quliyev S.Rüstəmxanlının qeydlərini bölüşdü. Bildirdi ki, həqiqətən də bu sahədə problemlər var.

Tarix: 22-06-2021, 12:26


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
6-06-2021, 16:29 Kimdir müqəssir?
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.