18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Yankauskas: "Aİ və Azərbaycan təhsil sahəsində uzunmüddətli və strateji tərəfdaşdır"

Yankauskas: "Aİ və Azərbaycan təhsil sahəsində uzunmüddətli və strateji tərəfdaşdır"
"Avropa İttifaqı (Aİ) və Azərbaycan təhsil sahəsində uzunmüddətli və hətta strateji tərəfdaşdır".
AzturkmanTv-nin xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ tərəfindən maliyyələşdirilən inklüziv təhsil layihəsinin başa çatması ilə bağlı videomüraciətində deyib.
"İnanırıq ki, təhsil müasir gələcək inkişafın, inkluziv təhsil isə inkluziv və dayanıqlı cəmiyyətlərin təməlidir. İnkluziv təhsil layihəsi Aİ-nin dəstəklədiyi daha böyük proqramın tərkib hissəsidir. Digər hissələr UNICEF, Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilib və bu hissə isə BMTİP tərəfindən icra edilib.
Biz inanırıq ki, bacarıqlar böyük əhəmiyyətə sahibdir. Ölkənin gələcək inkişafı üçün bacarıqlar çox vacibdir.
Bu istiqamətdə Azərbaycanın qarşısında duran böyük hədəf üçün hər bir kəsin töhfə verməsinə, bu prosesdə iştirak etməsinə ehtiyac var", -deyə K.Yankauskas bildirib.
O deyib ki, əlilliyi olan şəxslər, məhdud imkanlı uşaqlar, xüsusi qayğıya ehtiyacı olanlar da özlərini cəmiyyətin bir hissəi kimi hiss etməli, onların cəmiyyətə qarışmaq və töhfə vermək şansları olmalıdır. "Hesab edirəm ki, bu layihə münasibətləri, eləcə də stereotipləri dəyişdirir və gələcək üçün ölkədə tolerantlığın əsl simasını formalaşdırır".
Aİ səfiri qeyd edib ki, belə təşəbbüslər Azərbaycanın daha ixtisaslı işçi qüvvəsi qazanmasına, bir çox ailənin, gənclərin, əlilliyi olan şəxslərin cəmiyyətə bağlı olduqlarını hiss etmələrinə, eləcə də gələcəyə doğru irəliləmənin inkluziv yollarını tapmasına kömək edəcək.



Tarix: 13-08-2021, 12:22


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930