18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Aİ Şurasının Prezidenti: "Regionda infrastrukturla bağlı ümumi məxrəcə gəlmək imkanları mövcuddur"

Aİ Şurasının Prezidenti: "Regionda infrastrukturla bağlı ümumi məxrəcə gəlmək imkanları mövcuddur"
Hesab edirik ki, Avropa İttifaqı öz növbəsində regional tərəfdaşlıq çərçivəsində qarşılıqlı təmasları təşviq etməlidir. Bu məqsədlə, fərqli mövqeləri anlamaq üçün dünən mən Ermənistanın hakimiyyət orqanları ilə, bu gün isə Azərbaycan Prezidenti ilə bu məsələlərin təfərrüatlarını müzakirə etdim. Məndə belə bir təəssürat var ki, infrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur.
AzturkmanTv xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Şarl Mişel deyib: “Əlbəttə, digər rəylər və narahatlıqlar var və onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmanı nəinki Ermənistanla, eləcə də aidiyyəti olan digər ölkələrlə təşviq etmək istəyirik. Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik. Ümidvaram ki, mən bu məsələni, həmçinin sabah Gürcüstanın hakimiyyət orqanları ilə müzakirə edəcəyəm”.



Tarix: 19-07-2021, 08:49


Bölməyə aid digər xəbərlər