“Azərbaycanda qaz təchizatında sosial siyasətin bir mühüm məqamı da əhali abonent qrupunda qazdan istifadəyə dair aşağı tarifli illik limit həddinin ayırd olunmasıdır”.
AzturkmanTv “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hər il əhali abonentlərinə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilir:
“Bu ilin yanvar-aprel ayları ərzində limit həddini keçən əhali abonentlərinin sayı 122 500 (5,19%), limit daxilində qaz istehlak etmiş abonent sayı isə 2 236 410 (94,81%) təşkil edib”.
Xatırladaq ki, 2020-ci ildə əhali abonentlərinin 20.9 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Yerdə qalan 79.1 % əhali abonenti isə qazdan güzəştli limit daxilində istifadə edib. 2021-ci il may ayının 1-nə olan məlumata görə “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub.
Hüseynova Zülfiyyə.
Bölməyə aid digər xəbərlər
« İyun 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |