18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Avropa İttifaqı 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb

#
Avropa İttifaqı Azərbaycan və Ermənistanın Gürcüstanın da vasitəçiliyi ilə ilə saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad edilməsi və minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim edilməsinə dair hərəkətlərini alqışlayır.
Bu, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin bəyanatında əksini tapıb.
C. Borel bəyanatında qeyd edib ki, Bakı və Yeravan tərəfindən göstərilən bu vacib humanitar və etimad inşası jestinin tərəflər arasında gələcək əməkdaşlığa aparan yolu açacağına, saxlanılan digər ermənilərin də azadlığa buraxılacağına və gələcəkdə mülki itkilərin qarşısının alınması üçün minalanmış bütün ərazilərin xəritəsinin Azərbaycana təhvil veriləcəyinə ümidvardır: “Avropa İttifaqı və digər beynəlxalq aktorlar bu istiqamətdəki fəaliyyətləri aktiv şəkildə cəsarətləndiriblər və biz iştirakçı ölkələri gələcək əməkdaşlığa çağırırıq. Biz mümkün olduğu zaman stabilləşmənin dəstəklənməsi, post-münaqişə reabilitasiyası və etimad inşası tədbirləri ilə münaqişənin davamlı və hərtərəfli həllinin təşviqinə davam edəcəyik. Ermənistan və Azərbaycana ATƏT-in Misk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqlarda yenidən iştirak etməyə dair çağırışımızı təkrar edirik”.



Tarix: 13-06-2021, 21:25


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930