20:54 / 19-10-2024
Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək
17:20 / 03-09-2024
"Yeni Azərbaycan" ideyasının bir parçası - Aqil Məmmədov
21:14 / 28-08-2024
Azərbaycanın tərəqqisi naminə...
14:52 / 23-08-2024
Xankəndi ziyalıları YAP-ın qələbəsinə inanır
16:02 / 18-08-2024
Vətənə və xalqa xidmət nümunəsi
14:55 / 18-08-2024
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dəstəyini davam etdirməyə hazırdır
14:47 / 18-08-2024
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
14:13 / 18-08-2024
Deputatlığa namizəd Vüqar İskəndərov Şəkidə sakinlərlə görüşüb
18:02 / 17-08-2024
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə növbəti görüşünü keçirdi
17:45 / 17-08-2024
YAP namizədi Azərbaycan xalqını 1 sentyabr parlament seçkilərində fəallığa çağırdı
11:26 / 17-08-2024
"YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir" - seçki təbliğatı davam edir
11:16 / 17-08-2024
Aqil Məmmədovun seçki kampaniyası davam edir
23:25 / 27-11-2023
Məntiqi oxunun əsas ifadəlilik vasitələri. Dinləyiciyə necə təsir göstərmək olar?
18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
18:34 / 15-11-2023
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” adlı beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçirildi
21:23 / 16-07-2023
TÜRKSOY: “Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik”
13:43 / 27-05-2023
Gəncə Dövlət Kukla Teatrı Türkdilli Dövlət teatrlarının 15 – ci “ Min Nəfəs Bir Səs" Beynəlxalq Teatr festivalında ölkəmizi təmsil edəcək
17:48 / 17-12-2022
Zəfər Paradı
17:49 / 11-12-2022
Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
15:09 / 08-12-2022
Armen Qriqoryan: "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"
15:07 / 08-12-2022
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”
15:06 / 08-12-2022
Deputat: "BMT qətnamələrini görməzdən gələn dünya ictimaiyyəti epizodik məsələlərə xüsusi həssaslıqla yanaşır"
14:58 / 05-12-2022
Praqa görüşünün nəticələri haqqında
14:49 / 05-12-2022
Moskva görüşü nə vəd edir? - Zərdüşt Əlizadənin şərhi
“Övladlarım acından günorta durur, onların haqqını necə yemək olar?”
Bölməyə aid digər xəbərlər
Türkanda yaşlı qadınların adına saxta ölüm sənədlərilə torpaqlarının satılmasıyla bağlı məhkəmə araşdırmaları başladı
Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 79 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova sağ olduğu halda, onların ölməsi barədə saxtasənədlər hazırlayıb, hər birinin 25 sot torpaq sahələrini satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Onların arasında Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev, Türkan və Zirə qəsəbələrində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov və Daşqın Nəsirov da var. Adları çəkilən şəxslərdən ikisi – Rahil Babayev və Çingiz Səfərov həbsdədir. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirov da həbsdə idi. Lakin o, təxminən dörd ay həbsdə saxlandıqdan sonra səhhhətində problem olması əsas gətirilərək, buraxılıb.
Bu iş üzrə daha iki nəfər – Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və daşınmaz əmlak alqı-satqısıyla məşğul olan Qərib Nadirov axtarışa verilib.
Ahıl qadınların əmlakının saxta sənədlərlə özlərindən xəbərsiz satılması və pulların mənimsənilməsilə bağlı işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır. İyunun 4-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Cinayət işinin materiallarında iddia olunur ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslərin təhriki ilə sabiq icra nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən, Əzizəxanım Atayeva və Xumara Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslərdən yalnız Çingiz Səfərov özünü Cinayət Məcəlləsinin 320-ci maddəsi üzrə qismən təqsirli bilib, digər ittihamları isə qəbul etməyib. O biri təqsirləndirilənlər isə ümumiyyətlə, heç bir ittihamla razılaşmayıb.
Daha sonra zərərçəkmiş qismində ahıl qadınlar ifadə veriblər.
Əzizəxanım Atayeva ifadəsinin əvvəlində Daşqın Nəsirovun da həbs olunmasını tələb edib. O bildirib ki, övladları ehtiyac içində yaşadığı halda, dəniz kənarında yerləşən 25 sot torpaq sahəsi ondan xəbərsiz satılıb: “9 aydır küçələrdəyəm, 79 yaşım var. Pensiyamı alıb, taksilərə verirəm. Rahil anamın dayısı oğludur. Qəsəbə nümayəndəsi idi. Bu işi tutmuşdu, heç olmasa, sonradan gəlib deyəydi ki, bir səhvdi eləmişəm. Mənim də övladlarım var axı, acından günorta dururlar, onların haqqını necə yemək olar? Gedib İlham Əliyevin qapısında dayanacam, yəqin nə vaxtsa qəbul eləyər məni, yalvaracam ki, mənim dərdimə əlac elə...”
Əzizəxanım Atayeva vurğulayıb ki, onun dörd övladı var. Kiçik oğlunun savadsızlığından istifadə edib, ona bilmədiyi bir sənədə imza atdırıblar. Sənədləşməni də elə aparıblar ki, sanki onun dörd yox, bir övladı var, özü də 2006-cı ildə vəfat edib.
Digər zərərçəkmiş Xumara Şabanova bildirib ki, ələ keçirilmiş 25 sot torpaq sahəsi ona qayınatasından miras qalmışdı: “O torpağı qayınatam mənim oğluma bağışlamışdı. Mən 36 yaşım olanda həyat yoldaşımı itirmişəm. O uşaqları tək böyütmüşəm. Qayınatamın mülküdür. 92 yaşım var. Getdim ki, oğlumun adına keçirdim. Oğlum çıxıb dedi ki, ay ana, bağımızı bizdən xəbərsiz satıblar, sənin də adına ölüm kağızı çıxarıblar. Mən adıma ölüm kağızı düzəldən adamı görmək istəyirəm. Ona iki kəlmə deyiləsi sözüm var...”
Məhkəmə prosesi iyunun 18-də davam edəcək. (Meydan.tv)

Tarix: 5-06-2021, 19:23
Bölməyə aid digər xəbərlər
23-04-2021, 10:58
Məktəbin yanında qanunsuz göydələn tikən nazir kimdir? (VİDEO)
10-05-2021, 23:30
"Məhkəmədə döyməklə ürəkləri soyumadı..."
30-04-2021, 13:41
Oyundan sonra hakim döyüldü, məsələyə Rəşad Sadıqov qarışdı
26-05-2021, 11:54
Ali məktəblərə tələbə qəbulunun şərtləri açıqlandı
23-05-2021, 23:22
Aqil Məmmədov: II Vətən savaşının tarixi qələbəmizlə başa çatmasında “Xocalı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin də böyük zəhməti olub!
1-06-2021, 19:45
Sabiq nazir müavini 1 milyon 800 min manat rüşvət alıb - İttiham
6-05-2021, 12:20
Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi oldu
29-04-2021, 10:23
DTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı
19-04-2021, 23:28
Ermənistanda seçkilər: Əsas kartlar Moskva və Bakının əlindədir
4-05-2021, 13:37
Ürək-damar xəstələri peyvənd oluna bilər?
1-06-2021, 19:42
DTX və Baş Prokurorluq 14 erməni terrorçu ilə bağlı məlumat yaydı
20-05-2021, 13:53
Şuşa həbsxanasında azərbaycanlı əsgərlərə işgəncə verən erməninin məhkəməsi başlayır
4-06-2021, 10:50
Ziyalı kimdir?
4-05-2021, 13:41
Eldar Əzizovdan Sabunçu icra başçısına: “Səhlənkar olmayın”
12-05-2021, 18:27
Prezident və birinci xanım Şuşada "Xarıbülbül” festivalının açılışında iştirak etdi (VİDEO)
10-05-2021, 23:25
Qazaxın icra başçısı dövlətə məxsus binaları satır?
3-06-2021, 07:51
Seymur Orucov sələfinin yolunu gedir?
9-05-2021, 15:15
Əli Nur: “Nazir Anar Kərimov bir neçə dəfə mənə zəng edib...”
5-06-2021, 19:07
Azərbaycanın Fransa siyasəti: iflas, yoxsa diplomatik pauza?
25-04-2021, 16:25
"Təki böyük, bağışlanmaz yanlışların olmasın"
19-05-2021, 17:42
“Humayın bulağı” qalmaqalına görə - Oğlundan açıqlama
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |