18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycanın tanınmış şairi Mikayıl Müşviqin anadan olmasından 113 il ötür.

Mikayıl Müşfiq - Uşaq Bilik Portalı
Azərbaycanın tanınmış şairi Mikayıl Müşviqin anadan olmasından 113 il ötür. 
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əlçəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?

Bu gün Azərbaycanın tanınmış şairi Mikayıl Müşviqin anadan olmasından 113 il ötür. Əslən Xızı rayonundan olan şair 1908-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Yaşadığı 30 il müddətində yaxınlarının və xalqın rəğbətini qazanan şair onu sevənlər üçün hələ də yaşayır. Onun yazmış olduğu əsərlər hələ də dillərdən düşmür və sevə-sevə oxunur. 

Mikayıl Müşfiqin xatirəsinə çoxlu sayda əsərlər həsr olunmuşdur. Bunlardan Hikmət Ziyanın "Bu dərdi kim unudar", Mədinə Gülgünün "Ölməz Müşfiq üçün", Hüseyn Arifin "Bir gül açdı, sarı gül", Balaş Azəroğlunun "Yenə o bağ olaydı", Əli Kərimin "Müşfiqə", Əliağa Kürçaylının "Müşfiqi yaşıdından sordum", Nüsrət Kəsəmənlinin "Müşfiqin tarı" əsərlərini, onun sözlərinə isə Zeynəb Xanlarovanın ifasında "Qal sənə Qurban" və "Sənin üçün", Şövkəy Ələkbərovanın "Qurban olduğum" və "Neçin gəlmədin", Gülağa Məmmədovun "Oxu Tar", Eyyub Yaqubovun "Yenə o bağ olaydı", "Küləklər" və "Ana Dedim", Nəzakət məmmədovanın "Oxu sevdiciyim", Alim Qasımovun "Söylə" mahnılarını qeyd etmək olar.


Ruhun şad olsun, şair!

Hüseynova Zülfiyyə.


Tarix: 5-06-2021, 12:20


Bölməyə aid digər xəbərlər
4-06-2021, 10:50 Ziyalı kimdir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930