18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Samir Qədirov-"Müəllim"


AzturkmanTv gənc şairlərdən olan Samir Qədirovun "Müəllim" şeirini təqdim edir:

"Müəllim"

Müəllimin adını layiqli tut hər zaman,
Müəllimdir şagirdi sevindirib, oxşayan.

Hər keçənə söyləmə Müəllimsən sözünü,
Yoxsa avam bilərsən istəmərsən özünü.

Müəllimin zəfəri şagirdin uğurudur,
Onu müəllim edən hər şagirdin yoludur.

Onda güclü yetişdir şagirdi cəmiyyətə,
Sadəcə söz deyirəm, qulaq as məsləhətə.

Pula görə çalışma, şagird üçün çalış sən,
Puldan uzaq durmağı şagirdinə danış sən.

Şagird yaxud tələbə sevsin əsl məllimi,
Müəllimdir dövrünün görkəmli bir alimi.

Sev o şagirdlərini, oxşa, sevin, dəyər ver,
Onlara gələcəkdə layiqli bir əsər ver.

O peşəyə layiq ol, insanlıq et bir azca,
İnsanlıqla bir daha dərinə get bir azca.

Əsl müəllim kimdir, söyləyirəm əzəli,
Müəllimin əvvəldən, insanlıqdır təməli.

Müəllimlik edəndə təkcə adında olma,
Pislik edib şagirdin, elə yadında qalma.

Sən bu adı qoru ki, qoy düşsün əsillərə,
Müəllimliyi ötür, gələcək nəsillərə.

Müəllimdir sadəlövh, biliyi, həm savadı,
Müəllimdir öyrədən, qoru bu yüksək adı.

Müəllimdir sevinci şagird ilə bir bölən,
Şagirdlə bir ağlayan, şagird ilə bir gülən.

Sevsin ürəkdən onu öyrətsin şagirdini,
Desin "sevdim məllimi" söylətsin şagirdini.

Şair əsl müəllim, kimdir indi qoy desin:
Müəllim öz həyatın, şagirdə həsr eləsin.

                                    Samir Qədirov

Hüseynova Zülfiyyə.


Tarix: 12-06-2021, 11:44


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
4-06-2021, 10:50 Ziyalı kimdir?
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930