Dünyanın elit şahmatçılarının mübarizə apardıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürüb.
AzturkmanTv "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Doqquz turdan ibarət olan turnirin birinci turunda şahmatçılarımızın hər ikisinin ABŞ təmsilçiləri - Ş.Məmmədyarovun Uesli So, T.Rəcəbovun Fabiano Karuana ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Turun digər oyunları - rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqrav, yerli idmançılar Boqdan-Daniel Dyak niderlandlı Aniş Giri, Konstantin Lupulesku ermənistanlı Levon Aronyan qarşılaşmaları da heç-heçə ilə başa çatıb.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
Hüseynova Zülfiyyə.
Bölməyə aid digər xəbərlər
« İyun 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |