18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Ərdoğan Baydenlə müzakirə edəcəyi məsələləri açqılayıb


İyunun 14-də Brüsseldə ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq.
AzturkmanTv “TRTHaber”ə istinadən xəbər verir ki, bu, iki liderin Cozef Bayden prezident seçildikdən sonra ilk görüşü olacaq.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçirilən Zirvə toplantısına qatılacaq. Nümayəndə heyəti sammitdə Türkiyənin yerləşdiyi bölgədə suveren hüquqlarını və təhlükəsizliklə bağlı həssaslıqlarına hörmət olunmasını toplantının gündəliyinə təqdim edəcək. Sammitdə Türkiyənin bu məsələlərlə bağlı qətiyyəti vurğulanacaq.
Toplantıda Türkiyə alyans çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirən bir üzv dövlət olaraq müttəfiqlərə terrora qarşı mübarizə və humanitar böhranların aradan qaldırılması üçün əməkdaşlıq təklifini təkrarlayacaq. NATO və ABŞ qüvvələri Əfqanıstandan çıxandan sonra yaşanacaq terror təhdidlərinə qarşı alyans və müttəfiqlərin fərdi dəstəyinin davam etməsinin vacibliyini də rəsmi Ankara sammitdə müttəfiqlərə təqdim edəcək. Sammitdə Türkiyənin sülh prosesini uğurla reallaşdırması üçün üzərinə düşən məsuliyyəti bu çərçivədə yerinə yetirəcəyi qeyd olunacaq.
Xatırladaq ki, Ərdoğan iyunun 13-də Brüsselə səfər edərkən Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə prezidenti Cozef Baydenlə edəcəyi müzakirələrdən danışarkən qeyd edib: “Görüş zamanı müzakirə edəcəyimiz məsələlər çox əhatəlidir. Aprelin 24-ü (ermənilərin saxta tarixi ilə bağlı C.Baydenin tutduğu mövqeyi nəzərdə tutur – red.) təəssüf ki, çox faydasız bir proses idi. Belə yanaşmanı təbii ki, gözləməzdik, ancaq bu yanaşma bizləri sözün əsl mənasında narahat etdi. Odur ki, bu məsələni gündəliyə gətirməmək doğru olmazdı. Türkiyə təsadüfi bir dövlət deyil. O, ABŞ və NATO ilə müttəfiq bir ölkədir. NATO ilə yaxından-uzaqdan əlaqəsi olmayan ermənilər məsələsində belə bir mövqe tutması bizi narahat və məyus edib. Təbii ki, bunları xatırlatmamaq mümkün deyil”.
Rəcəb Tayyib Ərdoğan “F-35” qırıcıları, “S-400” zenit-raket kompleksinə dair məsələləri də amerikalı həmkarı ilə müzakirə edəcəyini də bildirib.
O, ABŞ-ın “Patriot” zenit-raket sistemini Türkiyəyə verməməsinə diqqət çəkib: “Bu məsələdə də ABŞ yenə sözünə əməl etmədi, “Patriot”ları geri aldı”.
Rəcəb Tayyib Ərdoğan bundan sonra Rusiya ilə “S-400” məsələsinin müzakirə etdiklərini və danışıqlardan sonra həmin sistemi əldə etdiklərini qeyd edib: “Nələri edəcəyik və ya etməyəcəyik kimi məsələləri də ikitərəfli görüşdə masaya qoymağımız faydalı olar. Bunları da ayrıca müzakirə edəcəyik”.
Rəsəb Tayyib Ərdoğan ABŞ-dan NATO üzvlərinə bərabər münasibət göstərməsini istədiklərini də görüşdə müzakirə edəcəklərini bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Belçikadan sonra Azərbaycana səfərə gələcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada əhatəli müqavilə imzalayacağı gözlənilir. (turaz.org)

Tarix: 14-06-2021, 07:30


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?