18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Koçaryanın bloku seçkilərin nəticələrini məhkəməyə verir


Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın başçılıq etdiyi "Ermənistan" bloku növbədənkənar parlament seçkilərinin nəticələrindən narazıdır və Konstitusiya məhkəməsinə müraciət etməyi düşünür.
"Sputnik Ermənistan"ın iyunun 21-də verdiyi məlumata görə, bu barədə "Ermənistan" blokunun üzvü Vaqe Akopyan jurnalistlərə açıqlamasında deyib.

"Seçkilərin nəticələri bizim üçün qənaətbəxş deyil. Bundan əlavə, bizdə seçkilərin nəticələrinin saxtalaşdırılması barədə əsaslı sübutlar var", - deyə Akopyan açıqlamasında bildirib.

Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilib. Yekun nəticələr belədir:

1. Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan) - 53,92% (687 251 seçici) 

2. "Ermənistan” bloku (Robert Koçaryan) - 21,04% (268 165 seçici) 

3. "Mənim şərəfim var” bloku (Serj Sarqsyan) - 5,23% (66 633 seçici)

4. Çiçəklənən Ermənistan Partiyası (Qaqik Tsarukyan) - 3,96% (50 416 seçici) 

5. Aydınlanmış Ermənistan (Edmon Marukyan) – 1,22% (15 557 seçici)

6. Erməni Milli Konqresi (Levon Ter-Petrosyan) – 1,54% (19 647 seçici) 

Seçkilərdə Nikol Paşinyanın əsas rəqibi olan Robert Koçaryanın bloku seçkilərin nəticələrini tanımaqdan imtina edib. 

Keçmiş prezident Serj Sarqsyanın dəstəklədiyi "Mənim şərəfim var" bloku isə səsvermədə kobud xətaların baş verdiyini bəyan edib. 

MSK səsvermədə respublika səviyyəsində 49,4% aktivlik qeydə alındığını bildirib.

Növbədənkənar parlament seçkilərində 25 siyasi qüvvə - 21 partiya və 4 blok mübarizə aparıb. 

Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.

Tarix: 22-06-2021, 12:13


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930