18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
950 İllik Malazgird tarixi


Bu gün Dünya Tarixində böyük dönüş nöqtəsi yaradan Şanlı Malazgird Meydan Müharibəsinin 950 illik ildönümü qeyd olunur. Bir tərəfdə Sultan Alp Arslanlı  Böyük Səlcuq İmperiyası və digər tərəfdə İmperator Roman Diogenli Bizans İmperiyası arasında 1071-ci il 26 avqust tarixində baş tutan bu döyüş oğuz türklərinin qınıq boyundan olan Səlcuqların qələbəsi ilə nəticələnmiş, Türk Tarixinə Anadolunun bərəkətli torpaqlarını qazandırmışdı.“Türklərə Anadolunun qapılarında dəqiq zəfər qazandıran son döyüş” olaraq bilinən Malazgird Anadolunu rəsmi surətdə dünənimizdən bu günümüzə bizlərə miras etmişdir. 
 Anadolu və ya Kiçik Asiya olaraq tanıdığımız bölgə, Himalaylardan sonra Fransa,İspaniya və Şimali Afrikanın Atlantik sahillərinə qədər uzanan böyük bir dağ kəməridir bir hissəsidir. Ümumiyyətlə, Qara dəniz və Aralıq dənizi arasında uzanan böyük bir yarımadadır. Anadolu ərazisi tarixi mövcudluğu ərəfəsində hər zaman bir çox millətləri, dinləri və o cümlədən dövlətləri öz tərkib hissəsində yaşadan, bir çox mədəniyyətə ev sahibliyi edən yurda çevrilmişdir. Lakin bu çox qiymətli, məhsuldar torpaqlar heç də bütün millətlərin üzünə gülməmiş, kimisinin hakimiyyətini göylərə qaldırarkən, kimisinin də torpağından kənar etmişdir. 
 Dəndənəkan döyüşündən sonra Mərv Qurultayında tarix səhnəsinə parlaq imza lar atan Səlcuqlar qərb,Şərq istiqamətlərində, o cümlədən İran, Cənubi Qafqaz və Bizans üzərinə hücum etmək qərarı alırlar. Sultan I Toğrul hakimiyyətinin Bizans üzərinə uğurlu əməliyyatları, özündən sonda hakimiyyət taxtına əyləşən qardaşı Çağrı bəyin oğlu Sultan Alp Arslanın hakimiyyəti dövründə də davam etməkdə idi. 
 İki imperiya arasında baş tutan Malazgird döyüşü “münaqişə,müharibə” devizlərindən əlavə tarixi fəlsəfi bir mövzunu da özündə daşıyırdı. Belə ki, bu “Səlcuqlular və İslamiyyət”, “Bizanslılar və Xristianlıq” məfkurəsini daşıyırdı. Bir tərəfdə İslam dininin fəzilət,gözəllik və üstünlüklərindən bəhrələnərək mədəniyyət, inanc və digər keyfiyyətlərini dövrün standartlarına uyğun qurmağı bacaran Səlcuq Dövləti, bir tərəfdə isə İlk Xristian İmperatorluğu Bizans dinin parçalanmış məzhəbləri və üstünlük göstərmək üçün münaqişə içərisində mövqe tutmuşdu. Lakin daxildə baş verən proseslərdən asılı olmayaraq Səlcuq İmperiyası İslamı , Bizans İmperiyası isə Xristianlığı təmsil edirdi. Təsadüfü deyil ki, biz buna nümunə olaraq döyüşdən əvvəl Sultan Alp Arslanın ordusuna söylədiyi nitqində, Roman Diogenin isə döyüşçülərə çağırışlarını söyləyə bilərik. 
 Sultan Alp Arslanın hakimiyyəti dövründə daha da güclənən Səlcuq Dövləti var idi. Lakin Roman Diogenin hakimiyyəti dövründə isə imperiya həm iqtisadi, həm siyasi, həm də ordu birliyi sahəsində zəif mövqe daşıyırdı. Ordu qüvvələrində yaranmış çatışmamazlıq ödənişlə qüvvə almağa səbəb olurdu. Lakin qüvvələr nisbətində Səlcuq ordusu geri qalırdı. Özündən 3 dəfə böyük bir orduya məhz Bizans sahib idi. Tarixi mənbələrə görə Səlcuq ordusu türk,ərəb,kürd və bir qədər qeyri-müsəlmanlardan təşkil olunmuşdu. Bizans ordusu isə Xristianlığı birliklər- slavyan, erməni,frank və s. və türklərdən peçeneq və qıpçaqlardan ibarət idi. Döyüşün gedişində həmin türklərin hamısı olmasa da, müəyyən bir qismi Səlcuq İmperiyası tərəfinə keçmişdir. Anadoluya tam sahiblənmək istəyən və bu torpaqları türklərin məskəninə və yurduna çevirmək istəyən Səlcuqlu dövləti bütün çətinliklərə sinə gərmək, “ya şəhid,ya da qazi” olmaq uğrunda ali bir vəzifəni yerinə yetirməyi qarşısına qoymuşdusa, Bizans isə əsas hərbi qüvvələrinin təminatı təşkil edən və məhsuldarlıq mərkəzi Anadolunu itirməmək, həmçinin bir xristian aləminin mənsubu kimi yenilməmək uğrunda mübarizəni özünə vəzifə olaraq təyin etmişdi. Roman Diogen Səlcuqluları hazırlıqsız dəf etmək istəyirdi. Həmin zaman Sultan Hələb şəhərində idi və Misir səfər planlaması aparırdı. Roman Diogen də məhz buna görə zənn edir ki, Sultan çox uzaqdadır, gəlişi baş tutmayacaqdır və o niyyətinə rahatlıqla çatacaqdır.Lakin baş verən tədbirlərdən xəbər tutan Sultan Bizans elçilərini Hələb qəbul etmiş, onların vermiş olduğu tələbləri rədd edərək Misir səfəri rədd edib, birbaşa Malazgirdə doğru irəliləmişdir. Sultan Alp Arslan Malazgirdə gəldikdən sonra ordusunu toplamış “Döyüş Məclisi “ qurmuş və planlamasını aparmışdır. Vəziri Nizamülmülkü Həmədanda yerləşdirmiş və ona xüsusi tapşırıqları icra etməsini tapşırmışdır. 25 avqust 1071 -ci ildə əsgərlərinə mənəviyyatlarını yüksəltmək üçün təkbir söyləmələrini, düşmənlərin mənəviyyatını azaltmaq üçün buynuz və nağara çalmalarını və ox atmalarını əmr etdi. Düşmənin ordusunun öz ordusundan 3-4 dəfə böyük olduğunu nəzərə alaraq, Alparslan müharibədən sağ çıxma ehtimalının aşağı olduğunu hiss etdi. Rəqiblərinin çoxluğu səbəbindən əsgərlərinin də narahat olduğunu anlayan Alparslan, köhnə bir türk adətinə əsaslanaraq kəfənə bənzəyən ağ paltar geyinmişdi. Atının quyruğunu öz əli ilə bağlamışdı. Atının quyruğunu özü bağlaması, ordusunun başında döyüşün ön cəbhəsində vuruşacağına işarədir. Yoldaşlarına vəsiyyət etdi ki, şəhid olsaydı, güllələndiyi yerdə dəfn olunacaq. Komandirlərinin döyüş meydanından qaçmayacağını anlayan əsgərlərin əhval -ruhiyyəsi artdı. Əsgərlərinin cümə namazının imamı olan Sultan Alparslan atına minərək ordunun mənəviyyatını yüksəldən və ordunun mənəviyyatını həyəcanlandıran qısa və təsirli bir çıxış etdi. Türk tarixinə düşmüş Səlcuqlu hökmdarı Alparslan ordusuyla danışdı: 
 “Askerlerim! Yiğitlerim! Bugün burada ne emreden bir sultan, ne de emir alan bir asker vardır. Bugün ben sizlerden biriyim ve sizlerle birlikte savaşacağım. Bugün burada Allah’tan başka bir sultan yoktur. Biz ne kadar az olursak olalım, düşman ne kadar çok olursa olsun, bütün Müslümanların, zaferimiz için dua ettikleri şu anda, kendimi düşman üzerine atacağım. Ya zafer kazanırız, ya şehit olarak cennete gideriz. İsteyen benimle gelsin, isteyen geri dönsün. Ben memleket için, İslam için ölüme koşuyorum. Beni takip edenler ve kendilerini Yüce Allah’a adayanlardan şehit olanlar Cennet’e, sağ kalanlar ise ganimete kavuşacaklardır. Ayrılanları ahirette ateş, dünyada da alçaklık beklemektedir. Daha sonra atından enərək səcdəyə getdi və dua etdi:
“Ya Rabb! Seni kendime vekil yapıyorum. Azametin karşısında yüzümü yere sürüyor ve senin uğrunda savaşıyorum. Ey Allah’ım! Niyetim halistir, bana yardım et. Sözlerimde hilaf varsa beni kahret.” 
26 avqust 1071-ci ilMalazgird Meydanı; Bizans və Səlcuq İmperiyalarının ordusu qarşı-qarşıya... Uzun müddət tərəflər arasında səssizlik pozulmadı. Lakin səssizliyini nəhayət Səlcuq ordusu pozdu. Türk Dövlətlərinin kəskin döyüş taktikası olan Turan ( Hilal ) bu müharibədə də yenə qalibiyyətin açarı oldu. Bu döyüş taktikası sanki Türk Dünyasına Tanrı tərəfindən bəxş edilmiş böyük mükafatlardan idi. İlk öncə ön hissə hücuma keçdi, bu zaman Roman Diogen ordusuna əks hücum əmri verdi. Belə olduğu halda Səlcuq ordusunun ön hissəsi geri qayıdır və Bizans ordusunun əsgərləri arxasınca gedərək onları qovlamağa başlayırdı. Sağ və sol cinahlardan süvari hissələr oxlarla hücumda olan bizanslıları kəskin nişan alırdılar. Roman Diogen vəziyyətin çətin  olduğunu başa düşür, gedişatı izləyirdi. Lakin o öz əsgərlərinə çağırış edir və meydanı tərk etməməyi tapşırırdı. Bura da Din adında onları səsləyir və Xristianlıq uğrunda   müqəddəs vuruşmada olduqlarını söyləyirdi. Türk olan peçeneq və karluqların bir hissəsi Alp Arslanlı Səlcuq Ordusu tərəfə keçir. Ermənilər isə mübarizə meydanından qaçırlar, o cümlədən bir sıra ödənişlə tutulan döyüşçülər də döyüş meydanını tərk edirlər. Beləliklə, həmin gün hava qaralana qədər Bizans ordusu tamamilə dəf edildi. Artıq əmr verəcək bir ordunun qalmadığını görən Roman Diogen qaçmağa çalışsa da, bunu bacara bilmədi və Sultan Alp Arslanın əmrinə əsasən əsir götürüldü. Roman Diogenin aqibəti heç də təsəvvüründə canlandırdığı kimi olmadı, çünki Alp Arslan ona zərər vermədi, azad etdi Konstantinopola göndərdi. Konstantinopolda isə onun gözlərinə mil çəkildi, daha sonra zindana atıldı, növbəti il isə elə zindanda öldü. 
 Hər şeydən öncə nəticələrə nəzər salmış olsaq, Malazgird Meydan Müharibəsi bəşər tarixinə türklərin güc, qüvvət, əzmkarlığını, dininə və andına sədaqətli olduğunu örnək olaraq göstərmiş oldu. Türklərin birliyini bir daha sübuta yetirən Malazgird döyüşü Avropaya qarşı bufer zonanı yaratmış və bu bərəkətli torpaqlarını yer, yurd, yuva, vətənə çevirmişdir. Şübhəsiz heç təsadüfi deyil ki Anadolu torpaqlarının türklər tərəfindən tutulması avropalıların kəskin narahatlığına səbəb olurdu. Çox keçməyəcək ki Xaç ( Səlib ) yürüşləri də məhz Anadolu hadisələrinin də şərtləndirilməsi nəticəsində baş tutacaqdır. Lakin sözsüz dünəndən bu günümüzə uzanan tarix bizlərə göstərir və sübut edir ki, xain xislət əsla müvəffəqiyyət əldə edə bilməz. Qələbə yalnız haqq uğrunda vuruşan şəxslərlə olacaqdır. Necə ki biz Zəfər Tariximizi buna nümunə olaraq göstərə bilərik ki Haqq Ədalət Savaşımız bizlərə Atalarımızın qalan mirasdır və biz bunu uğurla başa vura bilərik ! Allah Vətənimizi qorusun, Türk Turan Elləri Birlik olsun, Daim olsun ! 
Nəzrin Tahirli,
ADPU-un Tarix və Coğrafiya fakültəsi 
Tarix müəllimliyi ixtisası III Kurs tələbəsi 

Tarix: 26-08-2021, 08:56


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
20-07-2021, 09:05 Şair Səyyad Sərraf