"Sona qədər"
Sona qədər...Ora qədər gedəcəm mən...O ən səssizliyi, ən ucqar nöqtəni, qəlbimin bir küncündə boynu bükük qalan uşağı tapana qədər gedəcəm mən...
Hamıdan, hər kəsdən gizli qalan sözlərimi, ağlıma hər gəldikdə ağladığım hisslərimi, məndəki məni qoyub gedəcəm mən...
Düzdür, olur hər kəsin bir " sona qədəri" bəziləri, hisslərində, həyatında, ədalətində, mərhəmətində, bəzilərinin isə özündə vardır sona qədəri... içində, qəlbində.
Bax mən o içində "sona qədər" olanlardanam. Necə?
O hər səhər gözlərini açanda içində bu günü düşünən balaca körpə, daha sonra həyatın ona qatdığı ağrı- acı ilə hər saniyə bir yaşda böyüyən o uşaq, vaxtsız ağaran saçlarını küləyin dağıtdığı o cavan, həyatı üçün nəfəssiz qalan o qocayam mən...
Sona qədər getmək istəyən, amma hələ uşaq ikən " sona qədəri" yaşayanam mən...
Əlini qoy qəlbinə, hələ həyəcanla, sabaha ümidlə döyünürsə o ürək, buraxma həyatı bərk- bərk yapış ona... Tut əllərindən sona qədər...
Bəli, düzdür, buraxacaq bəzən əllərini, acılayacaq, danlayacaq səni o həyat, amma olsun, axı sənin o ucqar nöqtəni görmək istəyən bir ürəyin var... Həyat dolu, gələcəyə ümidlə baxan ürəyin...
Bax, əllərini aç səmaya, al dərindən nəfəs , get o unudulmaz illərə, xatirəndən silinməyən günlərə, at kini, nifrəti, sil ağlından sənə kədər verən günləri bütün saçlarında hiss et küləyin aram-aram mehini... O an xoşbəxt olacaqsan... Gedəcəksən sona qədər.
Xədicə Mehdizadə
Hüseynova Zülfiyyə.
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |