18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Samir Qədirov- "Nə olar?"


Nə olar?

Bilirsənmi ürəyinin dərdini,
Təsəvvür et hicran olsan nə olar?
Kədər ol ki, mən də həmin qəlb olum
Qəlbi parçalayan olsan nə olar?

Bu nə eşqdir ürəyi mərd öldürür,
Kəsib bu şeytan ilə şərt, öldürür,
Eşit, ey yar, aşiqi dərd öldürür,
Bu dərdimə dərman olsan nə olar?

Xəyalında onu düşünmüsənmi,
Əvvəl boşdu, sonu düşünmüsənmi?
Mən şairəm, bunu düşünmüsənmi?
Sözlərimə heyran olsan nə olar?

Heç nə qalmaz ötsə canın içində,
Xəyala dal həmin anın içində,
Sən bir gül ol, gülüstanın içində,
Bir günə al-əlvan olsan nə olar?

Ey gül, yaman əzab verir hicranın,
Ən gözəl gülüsən bu gülüstanın,
Gül olmusan mənəm səni bağbanın,
Eşq bağına bağban olsan nə olar?

Bu cahanda ümman ola bilmədin,
Heç sözümə heyran ola bilmədin,
Sən, ey avam, insan ola bilmədin,
Tutalım ki, heyvan olsan nə olar?

Hesabla nə qədər eşqi Tanrıdı,
Ən dəyərli dəyər, eşqi-Tanrıdı,
Samir, sona qədər eşqi Tanrıdı,
Sona qədər insan olsan nə olar?

             Samir Qədirov


Hüseynova Zülfiyyə.


Tarix: 11-08-2021, 20:20


Bölməyə aid digər xəbərlər
20-07-2021, 09:05 Şair Səyyad Sərraf
12-06-2021, 11:44 Samir Qədirov-"Müəllim"
4-06-2021, 10:50 Ziyalı kimdir?
6-06-2021, 16:55 Sürüş Suruş
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930