18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Əlvida söyləyir xərçəng xəstəsi"


AzturkmanTv gənc şair Elşən Təhməzovun "Xərçəng xəstəsi" şeirini təqdim edir:


O inciyib özündən 
                   bu dünyaya gələndə, 
Qüssə onun sirdaşı,
                   kədər ona dayaqdır. 
Bənzər ağ göyərçinə, 
                  amma başa düşüb ki, 
Nə gec, nə tez qanadı
                   onun qırılacaqdır.                

Torpağın gözündə yorğana dönüb,
Atılar üstünə yaxın zamanda.
Bütün günahları ona qoşulub,
Uyuyar torpağın ən üst qatında. 
               
Uçulub dağılır arzu kamları,
Ölüm də əl çalır yaxından indi. 
İnsanın kölgəli deyilsə, ömrü
Cəzasız, cəfasız ömür sənindir. 
                               
Qəlbini qızardıb dəmir sacında,
Atardı üstünə solmasa idi. 
Özünü asardı dar ağacından,
Şeir, poeziya olmasa idi. 

Əsiri olmadı xoşbəxtliyin də
Bu cavan yaşında nə gördü axı? 
Asqırdı yüz nəfər adam içində
Bir nəfər "Sağlam ol" deyən olmadı. 

Gözündə ən dərin məna qaranlıq
Susur çoxlarının sözü önündə.
İnsanı boğanda acı tənhalıq,
Qəlbi ağrıyarmış güzgü önündə.

Daş atdı daşlara daşlar da yandı,
Bir ona yanan kəs tapılmadı ki ?
Ömrünün qatarı nə tez dayandı? 
Ömründə heç qatar görməmişdi ki ? 

Ən böyük arzusu başqa şəhərlər,
Başqa rayonları dolaşmaq idi.
Ən yaxın həmdəmi sülhdür, barışdır,
Ən böyük düşməni savaşmaq idi. 
                                     
Qüruru, vüqarı sınıq-sınıqdır,
Uzaqdan boylanır çələng dəstəsi. 
Gözündən yaş töküb dünyaya baxır,
Əlvida söyləyir xərçəng xəstəsi. 
Elşən Təhməzov

Tarix: 19-06-2021, 23:19


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.
12-06-2021, 11:44 Samir Qədirov-"Müəllim"