18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Bunlar edilsə, təhsil müddəti azalacaq, təhsil haqqı aşağı düşəcək... - Ekspert


"Mühəndislik, turizm ixtisasları üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur. Bu ixtisaslara iki-üç ilə yiyələnmək olar. Magistratura pilləsinin bir il olması yetərlidir”. 
AztürkmanTv xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov "Ali təhsil haqqında” qanuna hansı dəyişikliklərin edilməsi məsələsinə toxunarkən deyib. Onun sözlərinə görə,  ali təhsil müəssisələrinin idarə edilməsi, maliyyə şəffaflığı, mobilliyi kimi məsələlər hələ də həll olunmamış qalır:  
"Ali təhsil haqqında” qanunda bakalavr pilləsinin müddəti, universitetlərə qəbul prosesində hazırlıq qruplarının təşkili, distant təhsilin təşkili qaydaları, qiymətləndirmə kimi məsələləri həll etməliyik. Ehtiyac olmayan ixtisaslar üzrə dərslər aparılmamalıdır. Tədris zəruri ixtisaslar üzrə keçirilərsə, təhsil müddəti azalacaq, təhsil haqqı aşağı düşəcək. Elə bir qanun qəbul edilməlidir ki, onun ali təhsilin keyfiyyətinin artırılmasında ciddi rolu olsun”. 

Həmsöhbətimiz düşünür ki, ali təhsili başa vurmuş şəxslərin keyfiyyət göstəricisi sonradan hər hansı bir qurum tərəfindən yoxlanılıb ölçülməlidir: 

"Yəni məsələ tək diplomun verilməsilə bitməməlidir. Diplom alan şəxslər sonradan mütləq şəkildə yoxlama və ölçülməyə də cəlb edilməlidir. Tək rektorların deyil, təhsil sistemində bütün vəzifəli şəxslərin fəaliyyətinin müddəti də qanunda əks olunmalıdır. Ali təhsil müəssisələrinə muxtariyyət verilməlidir”. 

Tarix: 30-06-2021, 11:58


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
4-06-2021, 10:50 Ziyalı kimdir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930