18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Görkəmli ziyalı"


"Görkəmli ziyalı"

Ədəbiyyat müəllimim professor Ramazan Qafarlıya.


Şeir səmasının parlaq ulduzu,
Hürriyyət, istiqlal, millət səsidir. 
Tərəqqi, vətənin inkişaf yolu, 
Ömrünün qırılmaz bir hissəsidir. 

Yüksəlir cahana yazmaq eşqiniz,
Sizi parıldadan elm ağacıdır. 
Elmə verdiyiniz töhfələriniz
Təhsil yollarının başlanğıcıdır. 

Hər zaman diliniz həqiqət dedi,
Doğrunun, gerçəyin güzgüsü oldu. 
Zülmət qaranlığı etdiniz işıq, 
Bir anda cəhalət saralıb, soldu

Misralar gül açır, gülür sətirlər, 
Yağışdan nur düşür hər yerə indi. 
Sevinə-sevinə əsir küləklər,
Gözəl mənzərələr daha bizimdir. 

Ramazan müəllim, ədəbiyyatın
ruhudur, kamıdır sizin yolunuz. 
Bu yolda hər zaman iti yerişlə,
Zirvədən yuxarı zirvə oldunuz. 

Müəllif - Elşən Təhməzov

Tarix: 3-09-2021, 12:14


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
26-08-2021, 08:56 950 İllik Malazgird tarixi
20-07-2021, 09:05 Şair Səyyad Sərraf
4-06-2021, 10:50 Ziyalı kimdir?
6-06-2021, 16:29 Kimdir müqəssir?