18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Soltan Məmmədov: “Azərbaycanın lazımı qədər “Pfizer” peyvəndi əldə etməsində heç bir problem olmayacaq”

Soltan Məmmədov: “Azərbaycanın lazımı qədər “Pfizer” peyvəndi əldə etməsində heç bir problem olmayacaq”
“Əminəm ki, “Pfizer” peyvəndinin lazımı qədər əldə olunmasında heç bir problem olmayacaq”.
Bunu müsahibəsində “Ölkəyə əlavə “Pfizer” peyvəndinin gətirilməsi üçün danışıqların aparılırmı” sualını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.
S. Məmmədov deyib ki, Azərbaycanda əhaliyə 4 peyvənd təklif edilir: “Peyvəndlə təminat sahəsində də ön sıralardayıq. Bu, nəyin nəticəsidir? CAVİ dünyada peyvənd təminatı sahəsində ən böyük təşkilatdır, bu təşkilatın təklfi etdiyi COVAX çərçivəsində peyvənd almaq imkanı vardı və Azərbaycan bu imkandan istifadə etdi. Birbaşa ikitərəfli münasibətlər çərçivəsində “Sinovac” peyvəndi alındı. COVAX çərçivəsində “Pfizer” və “Astra-Zeneka” şirkətinin peyvəndi ölkəyə gətirildi. Ümumdünya Səhiyyə Təşkilatı “Sinovac” peyvəndini təsdiqlədi. Fransa daxil olmaqla, Avropa ittifaqına daxil olan ölkələr “Sinovac” peyvəndindən istifadəyə hazırlaşır. Bir çox ölkə də buna hazırdır, sadəcə, Avropa Xəstəliklərlə Mübarizə Mərkəzinin icazəsini gözləyir. Bu, sadəcə, zaman məsələsidir, “Sinovac” peyvəndinin ənənəvi peyvənd kimi keyfiyyəti deməyə əsas verir ki, bu, ən keyfiyyətli peyvəndlərdən biridir. Mən bu gün deməzdim ki, “Pfizer” peyvəndinə daha çox ehtiyac var. Mənim tanıdığım insanların əksəriyyəti “Sinovac” peyvəndinə üstünlük verib, bəziləri “Pfizer” peyvəndi seçib. Azərbaycan “Pfizer” peyvəndini COVAX çərçivəsində alıb. Azərbaycan hələ 2020-ci ilin ortalarından, peyvəndlər istehsal olunmazdan əvvəl bütün istehsalçılarla əlaqə yaratmışdı. Azərbaycan bu peyvəndlərlə bağıl elmi tədqiqatlarda iştiraka hazır olduğunu da bildirdi. Bu yaxınlarda iki peyvəndin birgə vurulması məsələsi ortaya çıxdı. Azərbaycan həmin tədqiqatlarda iştirak edəndə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsinə uyğun olaraq, İşçi qrupunda bunun müsbət və mənfi tərəflərinə baxır. Üstünlüyümüz odur ki, Azərbaycanın müzakirələrdə aktiv iştirakı nəticəsində həm “Pfizer”, həm də digər istehsalçılardan peyvənd almaq imkanımız var. Dövlət qurumları ilə apardığım müzakirələrin nəticəsinə istinadən əminliyim var ki, “Pfizer” peyvəndinin lazımı qədər əldə olunmasında heç bir problem olmayacaq. Peyvənd alınması risklidir, bunu heç kim proqnozlaşdıra bilməz, çünki əsas problem peyvəndin kifayət qədər istehsalı ilə bağlıdır. Ancaq Azərbaycanın CAVİ qarşısındakı güclü mövqeyi və ikitərəfli münasibətləri, iqtisadi imkanlarını nəzərə alsaq, əminəm ki, “Pfizer” peyvəndinin lazımı qədər əldə olunmasında heç bir problem olmayacaq. Lakin bu gün dünyada “Sinovac” peyvəndinin kifayət qədər alınması deyərdim ki, “Pfizer” peyvəndinin alınmasından da çətindir. Azərbaycan Türkiyə və bir sıra ölkələrlə əməkdaşlıq, o cümlədən Çinlə ikitərəfli əlaqələr sayəsində buna nail olub. Bu gün bir çox ölkə “Sinovac” peyvəndi almaq istəsə də, bu, yaxın aylar ərzində mümkün sayılmır, onlar müzakirələrə belə başlaya bilməyiblər”.

Tarix: 3-08-2021, 10:34


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
6-06-2021, 16:29 Kimdir müqəssir?