18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
AMB: Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı bu il 2 dəfəyə yaxın azalıb

AMB: Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı bu il 2 dəfəyə yaxın azalıb
2021-ci ilin altı ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,2% azalaraq 12,2 mlrd. ABŞ dolları ekvivalentində olub.
"AzturkmanTv"nin Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, nağdsız valyuta əməliyyatlarının 85,3%-i ABŞ dollarında, 14,7%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,3%-i banklararası valyuta bazarında (BVB), 70,7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Qeyd edək ki, dövr ərzində BVB-də əməliyyatların 99,2%-i ABŞ dollarında, 0,8%-i avroda aparılıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 8,6 mlrd. dollar ekvivalentində olub ki, bunun da 79,6%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 94,9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 42% azalaraq 1,9 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 84,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında may və iyun aylarında bankların valyuta alışı satışları üstələyib.



Tarix: 23-08-2021, 16:00


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930