18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Deputatın adı beynəlxalq korrupsiya skandalında: 20.5 milyona həbs qoyulur


Londonda Azərbaycandan köçürülmüş 20.5 milyon dollara həbs qoyula bilər. 
AztürkmanTv xəbər verir ki, bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) məlumat yayıb.
Bildirilir ki, pullar Milli Məclisin deputatı, dərman monopolisti kimi tanınan Cavanşir Feyziyevin həyat yoldaşı Parvana Feyziyevanın (7,86 milyon f.s.), oğlu Orxan Cavanşirin (6,4 milyon f.s.) və yaxın qohumu Elman Cavanşirin adına olan bank hesablarındadır. 

Məlumta görə, Böyük Britaniyanın Milli Cinayət Agentliyi 15 milyon funt sterlinq məbləğində pulun üzərinə həbs qoyulması üçün vəsatət qaldırıb və məsələ məhkəmədə həllini gözləyir. 

Milli Cinayət Agentliyi hesab edir ki, bu pullar Britaniyaya saxta sənədlər əsasında, "Azərbaycan laundromatı" mexanizmi ilə köçürülüb.

OCCRP-nin araşdırmasında Cavanşir Feyziyev "Azərbaycanın avtoritar prezidenti İlham Əliyevin tərəfdaşı" kimi təqdim olunur.

Cavanşir Feyziyev Azərbaycanda ən böyük dərman monopolisti və hakim ailənin dərman biznesinin əsas idarə edənlərindən biri kimi tanınır.

Məqalədə qeyd edilir ki, Feyziyev tərəfindən yaradılmış iki dərman şirkətinə "Azərbaycan laundarmartı"ndan 138 milyon dollar pul köçürülüb.

Tarix: 3-11-2021, 14:53


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930