18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
“Mina xəritələrinin əldə olunması İlham Əliyevin diplomatik məharətidir”


"Ağdamdan sonra Füzuli və Zəngilan ərazisindəki mina xəritələrinin əldə edilməsi cənab Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir".
AzturkmanTv “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
Ağdamdan sonra ermənilər tərəfindən daha iki rayonda basdırılmış minaların xəritələrin əldə edilməsini şərh edən deputat bildirib ki, torpaqları işğaldan azad etdikdən sonra yeni bir təhdidlə qarşılaşdıq. Bu da həmin ərazilərdə basdırılmış minaların xəritələrinin bizdə olmaması idi:
"İlk başda ermənilər bu xəritələrin mövcud olmadığını, daha sonra isə vermək istəmədiklərini bildirdilər. Bir müddət sonra ABŞ və Gürcüstanın vasitəçiliyi ilə Ağdamın mina xəritələrini əldə etdik. Əks halda Ağdama qayıdış gecikəcəkdi. İndi isə rus sülhməramlıların vasitəçiliyi ilə Zəngilan və Füzulinin mina xəritələrinin əldə olunması bizə daha çevik, daha tez şərait qurmağa imkan yaradacaq. Füzuli və Zəngilan çox vacib ərazilərdə yerləşirlər. Bir sıra layihələri rahat həyata keçirmək üçün ərazilərin təmizlənməsi vacibdir. Bu xəritələrin əldə edilməsi çox vacib idi. Düşünürəm ki, digər ərazilərdə basdırılmış minaların xəritələrini də qısa zamanda əldə edəcəyik. Bu prosesi sürətləndirən növbəti diplomatik uğura görə cənab Prezident İlham Əliyevi təbrik edirik, əməyi keçən həs kəsə təşəkkürümüzü bildiririk".

Hüseynova Zülfiyyə.


Tarix: 4-07-2021, 10:59


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930