18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Ali Məhkəmə jurnalistin cəzasını azaldıb


Əfqan Sadıqovun həbs müddəti 4 ilə endirilib
Ali Məhkəmə “Azel TV” saytının həbsdə olan təsisçisi və baş redaktoru Əfqan Sadıqovun cəzasını azaldıb. İyulun 2-də Ali Məhkəmədə İlkin Rəcəbovun sədrlik etdiyi, Ələsgər Novruzov və İlqar Qılıcovdan ibarət hakimlər kollegiyası Əfqan Sadıqovu təqsirli bilsə də, ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə qanunda müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilməsinə qərar verib.
Məhkəmədə əvvəl Əfqan Sadıqovun vəkili Zibeydə Sadıqova çıxış edərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin təhrik edildiyini sübut edən faktlar açıq-aşkar ortadadır. Amma aşağı instansiya məhkəmələri bunları nəzərə almayıb. Vəkil həmçinin Əfqan Sadıqovla birlikdə saxlanmış, onunla eyni əməldə ittiham olunan Sakit Muradova fərqli münasibət göstərildiyini, onun istintaq dövründə həbs olunmadığını, ona şərti cəza verildiyini yada salıb. Müdafiəçinin sözlərinə görə, bütün bunlar həm də Əfqan Sadıqovun ayrı-seçkiliyə məruz qalmasının göstəricisidir.
Daha sonra çıxış edən prokuror bildirib ki, Əfqan Sadıqova qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə irəli sürülmüş ittiham, sübuta yetirilib. Lakin prokuror ona münasibətdə CM-in 62-ci maddəsinin tətbiq olunub, cəzasının azaldılmasını məqsədəuyğun sayıb.
Bir nüçə dəqiqəlik müşavirədən sonra hakimlər də Əfqan Sadıqova münasibətdə CM-nin 62-ci maddəsinin tətbiq edildiyini, onun cəzasının 6 ildən 4 ilə endirildiyini elan edib.
Əfqan Sadıqov 2020-ci il mayın 13-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib.
İddia olunur ki, Əfqan Sadıqov “xeberfakt.az” saytının redaktoru Sakit Muradovla birlikdə Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən 10 min manat alarkən saxlanılıb. İstintaq dövründə Sakit Muradov həbs olunmayıb. Məhkəmə də onun haqqında şərti cəza hökmü çıxarıb.
Sumqayıt Apelyasiya Məhkəməsi Əfqan Sadıqovun cəzasını 6 ilə endirmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində 3 noyabr 2020-ci ildə hökm oxunandan bir gün sonra həyat yoldaşı Sevinc Sadıqova sayt rəhbərinin aclıq aksiyasına başladığını bildirmişdi. Həyat yoldaşının sözlərinə görə, Əfqan Sadıqov o vaxtdan aksiyanı davam etdirir. Nəticədə o, xeyli çəki itirib, səhhətində ciddi problemlər yaranıb, həyatı təhlükə qarşısındadır.
Əfqan Sadıqov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyir.(meydan.tv)

Tarix: 2-07-2021, 23:52


Bölməyə aid digər xəbərlər