18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
30 yaşlı kişi ilə evləndirilən 15 yaşlı qızın anası danışdı - VİDEO


Bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan 15 yaşlı qızın Bakının Maştağa qəsəbəsində yaşayan şəxsə ərə verilməsiylə bağlı görüntülər yayılıb və fakt təsdiqini tapıb.
AzturkmanTv Xəzər TV-yə istinadən xəbər verir ki, 30 yaşlı kişi ilə evləndirilən qız ailəsinə təhvil verilib.
Hazırda aidiyyəti qurumlar tərəfindən qız atası evinə qaytarılıb, yaxın vaxtlarda bu halın təkrarlanmaması üçün ailə nəzarətə götürülüb.
Qızın anası Xuraman Həbilayeva deyir ki, bu əslində toy yox, sadəcə nişan olub:
“Oğlan evi ilə aralarında anlaşıblar. Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonra etsinlər”.
Qız orta məktəbin 9-cu sinfini bitirib. Müəllimlər deyir ki, valideynlərin razılığı əsasında uşaq orta təhsilini davam etdirə bilər:
Yaşanan hadisənin bu səviyyəyə çatmasını ağlına belə gətirmən ana onu iki ildən sonra ərə verəcəyini bildirir.
Yeniyetməyə qarşı hər hansı təzyiqlərin olub-olmaması üçün müvafiq ekspertizalar təyin olunub. Polis əməkdaşları da məsələni ətraflı araşdırır.
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanının nümayəndələri hər iki tərəfdən izahat alıb. Onlara psixoloji, sosial və hüquqi dəstək göstərilib. Azyaşlı 18 yaşı olanadək nəzarətdə saxlanılacaq. 
Hüseynova Zülfiyyə.

Tarix: 17-07-2021, 09:48


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930